Rusiya bu raketlərin yerləşdirilməsinə qoyulmuş moratoriumu ləğv etdi
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya artıq özünü orta və yaxınmənzilli yerüstü raketlərin yerləşdirilməsinə dair moratoriuma bağlı hesab etmir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
XİN bu qərarı “kollektiv Qərbin” Rusiya ilə sərhəd regionlarda “raket potensialının” artmasına gətirib çıxaran addımları ilə əlaqələndirib.
“Bu addımlar regional və qlobal sabitlik üçün ciddi fəsadlara səbəb ola bilər”, - bəyanatda bildirilir.
Qeyd olunur ki, getdikcə daha çox ABŞ istehsalı olan orta və yaxınmənzilli yerüstü raketlər Avropa və Asiya-Sakit okean regionunda yerləşdirilir.
“Rusiya Xarici İşlər Nazirliyi analoji silahların yerləşdirilməsinə birtərəfli moratoriumun saxlanması şərtlərinin aradan qalxdığını qeyd edir”, - nazirlikdən bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 05 Avqust 2025 01:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















