Icma.az
close
up
RU
Rusiya Cənubi Qafqazda köhnəlmiş narrativləri canlandırmağa çalışır

Rusiya Cənubi Qafqazda köhnəlmiş narrativləri canlandırmağa çalışır

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Ukrayna cəbhəsində 3 ildir istədiyinə nail ola bilməyən Rusiya Cənubi Qafqazda köhnəlmiş narrativləri canlandırmağa çalışır. Hal hazırda Ermənistan daxilində fərqli maraqlar kontekstində revanşist və ultraşovnist nidaların yüksəldiyinin şahidi oluruq. Fransa diplomatik don geyindirilmiş ritorikası əsasında İrəvanı silahlandırır, paramilitar qruplaşmaları aktivləşdirir və Gorusda konsulluq açmaqla Zəngəzur dəhlizi layihəsinə öz iqtisadi gündəliyini diqtə etməyə çalışır.
Rusiyada eyni məntiq üzərindən, lakin fərqli yanaşmalarla yenidən Ermənistan vasitəsilə Cənubi Qafqazda itirdiyi mövqelərini bərpa etməyə çalışır. Təbii ki, Moskva üçün Paşinyan elitasına alternativ Koçəryan və Sarkisyan tandemi ola bilərdi. Ancaq bu şəxslərin erməni cəmiyyətində nüfuzu, siyasi imici demək olar ki, mövcud deyil. Ona uyğun olaraqda ilk istiqamət məhz erməni mifalogiyasının beyni hesab edilən kilsədir. Hal-hazırda hakimiyyət və erməni kilsəsi arasında münasibətlər olduqca gərgindir. Nikolun real Ermənistan ideyasına qarşılıq olaraq kilsə yenidən ölmüş mifləri canlandırmağa çalışır. Aydındır ki, onlara sözügedən müstəvidə əsas dəstək nümayiş etdirən məhz Kremldir. Rus siyasilər erməni mifalogiyasının ölkəni vassal halında saxlamağın əsas dayaq nöqtələrindən biri olduğunu yaxşı başa düşür. Onlar üçün vacib olan Ermənistan dövlətinin güclənməsi deyil, tarixi ənənələrin davamı olaraq hər daim qonşulara, qarşı istifadə olunacaq alət kimi qalmasıdır. Aydındır ki, Rusiyanın son iki əsrdir Cənubi Qafqazda həyata keçirdiyi siyasət region xalqlarına xoşbəxtlik bəxş etməyib. İndi də eyni missiyanın davamını arzulayırlar. Lakin bu artıq Azərbaycan üçün keçərli bir yanaşma deyil. Rəsmi Bakının keçən müddət ərzində diplomatik fəaliyyəti göründüyündən çox daha böyük nailiyyətlərə imza atıb. Türkiyə, Pakistan və İsraillə qurulan sıx tərəfdaşlıq və müttəfiqlik münasibətləri ölkəmizi Şimaldan və Cənubdan gələcək təhlükələrə qarşı sığortalayıb. Hətta ikili münasibətlərdə gərginlik və ziddiyyətlər yaşayan Ankara ilə Təl-Əviv Azərbaycan kontekstində ortaq prizmadan hərəkət edirlər.
Nəticə etibarilə, Rusiyanın yenidən ölmüş narrativləri diriltmək cəhdi ilk növbədə erməni xalqının özü üçün mənfi tendensiyaları inkişaf etdirəcək.
Siyasi şərhçi Pərviz Mirizadə.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 İyun 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see288

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see267

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see196

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see192

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see184

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see155

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see155

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see150

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see149

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see147

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see145

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see139

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see139

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see137

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see136

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri