Icma.az
close
up
RU
Rusiya ciddi itkilərə məruz qalana qədər sərt ritorika ilə danışmaqda davam edəcək Ekspert

Rusiya ciddi itkilərə məruz qalana qədər sərt ritorika ilə danışmaqda davam edəcək Ekspert

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qərb Yaxın Şərqdə "Pir qələbəsi"nə bənzər qələbəyə iddia etməkdənsə, daha çox Rusiyanın müharibədə real itkilər verməsinə çalışmalıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun ölkəsinin Ukraynada atəşkəsə getməyərək irəliləməkdə davam edəcəkləri barədə açıqlamasına rəğmən, Qərbin hələ də Kremldən sülhə nail olacağını gözləməsini şərh edərkən deyib.

Üzeyir Şəfiyev bildirib ki, Rusiya atəşkəs barədə ümumiyyətlə düşünmür, məsələnin paket həllini istəyir:

"Ukraynada rus əsgərinin ayağının dəydiyi yeri Putin Rusiya ərazisi kimi legitimləşdirmək niyyətindədir. Yəni onlar tutduğu ərazilərdən çıxmaq niyyətində deyillər. O baxımdan da Moskva atəşkəs razılaşmasını qətiyyən qəbul etmir. Tələb edir ki, qarşı tərəf reallığı qəbul etsin. Hətta Putin iddia edir ki, guya ruslarla ukraynalılar eyni xalqdır və o baxımdan da Ukraynanı öz əraziləri hesab edir. Onlar həmçinin Qərbin Kiyevi silahlandırmamasını və NATO-nun şərqə doğru irəliləməkdən əl çəkməsini tələb edirlər". 


Həmsöhbətimiz bildirir ki, Kreml NATO-dan 1997-ci ilə qədərki vəziyyətə geri qayıtmasını tələb edir:

"Bütövlükdə Putin Yaxın Şərqdə başlanan prosesdən fürsət kimi istifadə edərək, tamamilə Ukraynaya sahiblənməyi düşünür. Ona görə də indiki halda atəşkəsə getmir".

Konfliktoloq düşünür ki, siyasi texnoloqlar nəhayət Trampı Rusiyanın hansı oyun oynadığına inandıra biləcəklər:

"Bu baş verərsə, o, nəhayət Avropa ölkələrilə birlikdə Ukraynaya hərbi dəstək verəcək ki, Kiyev sahədə məğlub olmasın və Putin kapitulyasiya iddiasından əl çəksin".

Ekspert hesab edir ki, Putin sahədə ciddi itkilərə məruz qalana qədər sərt ritorika ilə danışmaqda davam edəcək: 

"Buna çox yaxınıq. Çünki Rusiyanın həm iqtisadi, həm əsgəri itkiləri böyükdür. Güman edirəm ki, qısa zamanda Amerika-Avropa-Ukrayna konsolidasiyası olarsa, Rusiyanın immuniteti tükənəcək. ABŞ Yaxın Şərqdə Pirr qələbəsinə bənzər qələbəyə iddia etməkdənsə, daha çox Rusiyanın müharibədə real itkilər verməsinə çalışmalıdır".

Qeyd edək ki, Kreml Rusiyanın Ukrayna ilə qeyd-şərtsiz atəşkəsə razılaşmamasının səbəbini açıqlayıb. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

"Atəşkəs atəşkəsdir və siz hərbi əməliyyatları dayandırırsınız. Amma Amerika "bütün tədarükləri dayandıracağıq" demir. Böyük Britaniya da bunu demir. Rusiya hazırda strateji üstünlüyə malikdir. Bu üstünlüyü niyə itirməliyik? Biz onu itirmək fikrində deyilik. Biz irəliləyirik və irəliləməyə davam edəcəyik", deyə Kremlin sözçüsü vurğulayıb. 

Yəni bu açıqlama ilə Kreml açıq şəkildə bəyan edir ki, müharibəni dayandırmaq niyyətləri yoxdur. Maraqlıdır ki, bunun qarşılığında Qərb, xüsusən də ABŞ Prezidenti Donald Tramp hələ də Rusiyadan sülh gözləyir. 

Rüfət Sultan


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 İyun 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see164

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see132

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see129

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri