Qızılın qiymətində ucuzlaşma nə qədər davam edəcək? EKSPERT DANIŞDI
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Qızılın qiymətində son günlər müşahidə olunan kəskin eniş dünya bazarındakı maliyyə və iqtisadi amillərlə bağlıdır. ABŞ dollarının möhkəmlənməsi, faiz dərəcələrinin yüksək qalacağı gözləntiləri və investorların mənfəətlərini reallaşdırmaq məqsədilə qızıl satışına üstünlük verməsi qiymətlərə təzyiq göstərən əsas amillərdəndir. Qızılın qiyməti, həmçinin geosiyasi gərginliklərə və mərkəzi bankların pul siyasətinə dair gözləntilərə həssasdır”.
Bunu SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
Onun sözlərinə görə, hazırda qiymətlərdəki enişin müvəqqəti, yoxsa uzunmüddətli olacağını dəqiq demək mümkün deyil:
ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini yüksək səviyyədə saxlayacağına dair gözləntilər qızılın ucuzlaşmasına təsir göstərir. Bununla yanaşı, geosiyasi gərginliklər, mərkəzi bankların qızıl alışları və dolların gələcək dinamikası qiymətlərin yenidən yüksəlməsinə səbəb ola bilər.
Yaxın aylarda qızılın bahalaşması ehtimalı var, lakin buna zəmanət yoxdur. İstehlakçılar hazırkı qiymətləri alış fürsəti kimi dəyərləndirə bilərlər, amma bütün vəsaiti birdən qızıla yatırmaq risklidir. Zinət əşyası alarkən dünya bazarındakı qiymətlə yanaşı, əyarı, işçilik haqqını və mağazaların satış qiymətlərini də müqayisə etmək lazımdır.
Qızılın gələcək qiymətinə təsir edən digər amillər arasında inflyasiyanın səviyyəsi, beynəlxalq maliyyə bazarlarındakı dəyişikliklər və investorların təhlükəsiz aktivlərə marağı da yer alır. İqtisadi qeyri-müəyyənlik artdıqda qızıla tələbat yüksələ, dolların möhkəmlənməsi və faizlərin yüksək qalması isə qiymətlərə təzyiq göstərə bilər. Buna görə də qızıl almağı planlaşdıranlar bazardakı dəyişiklikləri izləməli, alış məqsədlərini və maliyyə imkanlarını nəzərə almalıdırlar”.
Müəllif: Günay Hacıyeva
WhatsApp-da Səs Media Qrupu kanalını izləyin
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət edib
YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 46-cı iclasında iştirak edib
Ərdoğan: "Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram"
Bakıda Əlcəzair İnqilabının 72-ci ildönümü qeyd olunub
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib
Estoniya XİN rəhbəri Azərbaycana səfər edəcək
Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb...
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Zəfər Günü ilə bağlı Bəyanat yayıb
Şanlı Zəfərimizdən 6 il ötür: 8 Noyabr Zəfər Gününə gedən 30 illik və 44 günlük yol… - MƏQALƏ
Şuşa Şəhəri Günü: Zəfərin təntənəsi - MƏQALƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 05 Noyabr 2026 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















