Icma.az
close
up
RU
Rusiya Çin ABŞ liderlərinin mümkün görüşü: Tərəflər nəyi hədəfləyir?

Rusiya Çin ABŞ liderlərinin mümkün görüşü: Tərəflər nəyi hədəfləyir?

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 3 noyabr, AZƏRTAC

Donald Tramp ikinci dəfə ABŞ Prezidenti seçildikdən sonra Qərbin təhlükəsizlik norma və dəyərlərini sorğuladıqca, Ukraynadakı müharibəyə yanaşmalar da dəyişir. Ağ Evin rəsmi Kiyevə hərbi və maliyyə dəstəyini, eləcə də kəşfiyyat məlumatlarının ötürülməsini məhdudlaşdırması, əvəzində isə Rusiya ilə dialoqa və əməkdaşlığa üstünlük verməsi qlobal güc balansında genişmiqyaslı geosiyasi yenidənqurma prosesinin başlandığından xəbər verir. Eyni zamanda, Vaşinqtonun Çinlə münasibətlərində taktiki koordinasiya ilə sərt strateji rəqabət arasında tərəddüd etdiyi müşahidə olunur.

Üç dövlətin məqsədləri

Qeyd olunan mərhələ geosiyasi qiymətləndirmə üçün müəyyən konseptual çərçivə təqdim edir:

- Ağ Ev fərqli metod və prinsiplərlə qlobal hegemon mövqeyini qorumağı və möhkəmləndirməyi hədəfləyir;

- Rusiya Ukraynadakı müharibənin artan xərclərini və üzləşdiyi geosiyasi riskləri kompensasiya etmək üçün Vaşinqtonla rəqabəti müvəqqəti olaraq arxa plana keçirmək istəyir;

- Çin münaqişəyə birbaşa qoşulmadan, ABŞ ilə Rusiyanın yaxınlaşmasının, Vaşinqtonun diqqətinin dəyişməsinin ona necə təsir edəcəyini hesablayır.

Pekin və Moskva üçün ABŞ-İsrail ittifaqının İranla hərbi qarşıdurması mövcud geosiyasi strategiyaların və risk hesablamalarının sınaqdan keçirilməsi baxımından əhəmiyyət daşıyır. Çünki Yaxın Şərqdəki qarşıdurmanın və Ukrayna böhranının qlobal iqtisadi təzyiqləri artırması güc nisbətində dəyişikliklərə yol açır. Məhz belə mürəkkəb geosiyasi şəraitdə Çin, Rusiya və ABŞ liderlərinin üçtərəfli sammitinin keçirilməsi perspektivi müzakirə olunur.

ABŞ və Rusiya razı, Çin isə ehtiyatlıdır

Üçtərəfli görüş ideyası Donald Tramp prezident olduqdan sonra bir neçə dəfə medianın və analitik müzakirələrin gündəminə gəlib. Lakin budəfəki təşəbbüsün praktiki müstəviyə keçidi üçün prosedurların rəsmiləşdirilməsi daha ciddi müzakirə olunur. Görüş ideyasının irəli sürülməsində isə Rusiya xüsusilə fəallıq göstərir.

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 9-da ABŞ lideri Donald Trampla telefon danışığı zamanı Ukraynadakı müharibənin nizamlanması məqsədilə üçtərəfli sammit keçirilməsini təklif edib. Moskva bu format vasitəsilə Kiyevin birbaşa iştirakı olmadan Ukraynanın gələcəyini böyük güclərin müzakirəsinə çıxarmağa və münaqişəyə öz şərtləri ilə son qoymağa çalışır.

Sonrakı rəsmi bəyanatlarda həm Vaşinqton, həm də Moskva belə bir görüşün keçirilməsi ehtimalını təsdiqləyiblər.

Çin isə təklifə münasibətdə ehtiyatlı mövqe nümayiş etdirir. Pekin sammit ideyasını açıq şəkildə dəstəkləməsə də, onu rədd etdiyini də bildirməyib. Si Cinpin üçün belə bir görüş beynəlxalq nüfuz baxımından üstünlük yarada bilər. Bununla belə, Si Cinpinin bu təşəbbüsdən kənarda qalmaq üçün əsasları mövcud ola bilər. Çünki Pekin indiyədək həm Vaşinqton, həm də Moskva ilə münasibətlərini ayrı-ayrı istiqamətlər üzrə inkişaf etdirməkdən faydalanmağa üstünlük verir. Bununla belə, Pekinin ehtiyatlı mövqeyi sammitdə iştirakdan imtina edəcəyi anlamına gəlmir.

Görüşün keçirilməsi ilə bağlı razılıq əldə olunacağı təqdirdə, üçtərəfli sammitin Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində təşkili nəzərdə tutulur. APEC sammitinin noyabrın 18-19-da keçiriləcəyi gözlənilir.

Rəsmi açıqlamalara əsasən, görüşün keçirilməsi razılaşdırılarsa, müzakirələrin əsas gündəliyini nüvə silahlarına nəzarət, regional və qlobal təhlükəsizlik məsələləri təşkil edə bilər. Liderlər mövqelərinə Rusiya-Ukrayna müharibəsi və İran ətrafında hərbi eskalasiya riskləri fonunda qiymət verə bilərlər. Bu yanaşma hər üç tərəfin öz strateji maraqlarını reallaşdırmaq baxımından taktiki əhəmiyyət daşıyır.

Belə bir sammit Avropanın regional təhlükəsizlik arxitekturasındakı rolu, Transatlantik münasibətlərin gələcəyi və qitənin geosiyasi qərarların qəbulunda tutduğu mövqe baxımından ciddi çağırışlar yaradır. Bunun əsas səbəbləri aşağıdakılardır:

- Avropa Rusiya-Ukrayna müharibəsi və ABŞ-İran qarşıdurmasının yaratdığı iqtisadi şokların təsiri altındadır;

- Rusiyanın Avropaya qarşı hərbi ritorikasını sərtləşdirməsi, Çinlə strateji yaxınlaşması və ABŞ ilə sövdələşmə axtarışları qitənin təhlükəsizlik narahatlıqlarını artırır;

- Çin Xalq Respublikasının Avropada iqtisadi və siyasi təsir imkanları genişlənir.

Beynəlxalq media nə yazır?

“The Wall Street Journal”ın məlumatına görə, Vladimir Putinin təklif etdiyi üçtərəfli sammit 1945-ci il Yalta Konfransının geosiyasi modelini xatırladır. Həmin konfransda ABŞ, Böyük Britaniya və SSRİ liderləri müharibədən sonrakı Avropanın siyasi düzənini müzakirə etmişdilər.

“Deutsche Welle”nin təhlilinə görə, Vladimir Putin bu format vasitəsilə ABŞ və Çinin iştirakı ilə Ukraynanın ərazi məsələlərini və müharibədən sonrakı siyasi düzəni müzakirə etmək istəyir. Kremlin gözləntisi mümkün razılaşmanın sonradan Vaşinqton tərəfindən Kiyevə və Avropa paytaxtlarına qəbul etdirilməsidir.

“The Washington Post” yazır ki, belə bir görüş Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı olmadan müharibənin gələcəyinin müzakirəsinə yol aça bilər.

“Axios”un materialında diqqət Ukrayna müharibəsindən daha geniş təhlükəsizlik məsələlərinə yönəldilir. Nəşr Trampın təşəbbüsündə nüvə silahlarına nəzarət və strateji təhlükəsizlik məsələlərinin xüsusi yer tutduğunu bildirir. Bununla belə, ekspertlər ABŞ, Rusiya və Çin arasında bu sahədə ciddi razılaşma əldə olunmasını çətin hesab edirlər.

“The Diplomat” nəşrinin təhlilində Çinin təşəbbüsə münasibəti araşdırılır. Müəllifin qiymətləndirməsinə görə, belə bir görüş Rusiyanın beynəlxalq təcriddən çıxmasına, ABŞ və Avropa arasındakı fikir ayrılıqlarının dərinləşməsinə və Moskvanın qlobal siyasətdə statusunun yüksəlməsinə şərait yarada bilər.

“Financial Times” isə görüşün təşkili ilə bağlı diplomatik müzakirələrə diqqət çəkir. Nəşrin məlumatına görə, Vaşinqton və Moskva Pekinin belə bir görüşə razılıq verməsində maraqlıdır. Lakin gündəliklə bağlı tərəflərin yanaşmaları fərqlənir.

Müəllif – Aqşin Kərimov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2026 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri