Icma.az
close
up
RU
Rusiya, Çin və İran Vaşinqtonun təzyiqi ilə üzləşiblər

Rusiya, Çin və İran Vaşinqtonun təzyiqi ilə üzləşiblər

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


İran, Çin və Rusiya arasında nüvə məsələləri və sanksiyaların ləğvinə həsr olunmuş üçtərəfli görüş martın 14-də Pekində keçiriləcək. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin sözlərinə görə, planlaşdırılan danışıqlarda həmçinin regional və beynəlxalq məsələlər, eləcə də BRİKS və ŞƏT çərçivəsində əməkdaşlıq müzakirə olunacaq. Görüş barədə məlumatı Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin də təsdiqləyib. Onun sözlərinə görə, görüşdə Rusiyanı xarici işlər nazirinin müavini Sergey Ryabkov, İranı isə nazir müavini Kazım Qəribabadi təmsil edəcək.
Rusiya, Çin və İran tədricən üçtərəfli ittifaq formalaşdırmağa başlayıblar. Təsadüfi deyil ki, Pekindəki müzakirələrlə paralel olaraq bu 3 ölkə İran sahilləri yaxınlığında birgə hərbi dəniz təlimlərini də davam etdirirlər. Bu 3 ölkəni yaxınlaşmağa məcbur edən əsas səbəb ABŞ-ın xarici və təhlükəsizlik siyasətidir. Donald Tramp Rusiyanı Ukrayna ilə atəşkəsə məcbur etmək istəyir. Rusiya Prezidenti Vladimir Putin qərar verməkdə çətinlik çəkir. Onun Trampa “yox” deməsi iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirəcək. Donald Tramp Çin məhsullarına rüsumları artırıb ki, bu ABŞ-Çin münasibətlərində əlavə gərginlik yaradıb. Doğrudur, Tramp Çin lideri Si Cinpinlə iyun ayında görüşməyi planlaşdırır, ancaq Ağ Ev sahibi çətin ki, rüsum siyasətindən imtina etsin. Trampın üçüncü hədəfi İrandır. Ağ Ev sahibi İranın ali dini lideri Əli Xamaneiyə göndərdiyi məktubda nüvə mövzusuyla bağlı danışıqlara başlamağı təklif edib. Xamaneyi danışıqlar təklifini rədd edib. Bu o deməkdir ki, Vaşinqtonun İrana yönəlik siyasəti sərtləşəcək.
Beləliklə, 3 ölkə - Rusiya, Çin və İran Vaşinqtonun təzyiqi ilə üzləşiblər. Bu səbəbdən Moskva, Pekin və Tehran öz aralarında dialoqu və koordinasiyanı genişləndirməyə qərar veriblər. Bu 3 ölkə hesab edir ki, bir-birləri ilə koordinasiyalı şəkildə hərəkət etsələr, Trampın üçlü ittifaqa qarşı mübarizəsinin gücünü azalda biləcəklər. Rusiya, Çin və İranın birgə fəaliyyətlərinin digər məqsədi çoxqütblü dünyanın formalaşmasını sürətləndirməkdir. BRİKC və Şanxay Əməkdaşlıq Təşkilatı Rusiya, Çin və İrana buna görə lazımdır. ABŞ-la yanaşı Avrasiya qitəsinin bir çox ölkəsi də Rusiya-Çin-İran üçlü ittifaqının formalaşmasından məmnun deyillər.
Elxan Şahinoğlu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 13 Mart 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri