Tramp: Vaşinqtonun təzyiqi nəticəsində digər ölkələr Rusiya neftinin alışını azaldır
Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
"Report" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Britaniyanın "GB News" telekanalına müsahibəsində deyib.
Tramp Rusiyanı nəzərdə tutaraq vurğulayıb: "Biz onlara çox təzyiq edirik". O, ABŞ-nin Rusiyadan neft və neft məhsulları almasına görə Hindistana əlavə rüsumlar tətbiq etməsinə işarə edərək bildirib:
"Siz Hindistan və neft haqqında bilirsiniz. Hindistan indi imtina edir, digərləri də imtina edir. Rusiya neft satanda onun müxtəlif şeylər üçün pulu olur".
Tramp həmçinin Ukraynadakı münaqişənin həll olunacağına əminliyini ifadə edib: "Düşünürəm ki, biz bunu edəcəyik".
Noyabrın 6-da Tramp Hindistanın Rusiya neftinin alınmasını böyük ölçüdə dayandırdığını iddia edib. Həmin vaxt o qeyd etmişdi ki, ABŞ sanksiyaları tətbiq etdiyi üçün Rusiya neftinin ixracı azalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 15 Noyabr 2025 09:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















