Icma.az
close
up
RU
Rusiya çoxlu sayda “İskəndər” raket kompleksi itirib Fotolar yayıldı

Rusiya çoxlu sayda “İskəndər” raket kompleksi itirib Fotolar yayıldı

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna tərəfindən həyata keçirilən dron zərbələri nəticəsində Rusiya ordusuna məxsus “İskəndər” operativ-taktiki raket kompleksi məhv edilib.

“AzPolitika” bildirir ki, yerli Teleqram kanalları bu hadisəni müharibə başlayandan bəri eyni anda verilən ən əhəmiyyətli itkilərdən biri kimi qiymətləndirir.

Məlumata görə, Ukraynanın uzaqmənzilli dronlarından birinin zərbəsi nəticəsində “İskəndər” kompleksinə aid altı MZKT-7930 şassili maşın tamamilə məhv edilib. Rusiyalı hərbi jurnalistlər tərəfindən çəkilən və “Dosye Şpiona” tərəfindən yayımlanan fotolarda yanmış hərbi texnika aydın görünür.

Qeyd olunur ki, zərbə Krasnodar bölgəsindəki “Molkino” təlim sahəsinə endirilib. Həmin ərazi 1-ci raket briqadasının daimi dislokasiya nöqtəsi hesab olunur. Bu briqada “İskəndər” OTRK-larına (operativ-taktiki raket kompleksləri) malikdir.

Qeyd edilməlidir ki, “İskəndər” kompleksinə yalnız 9P78-1 işə salma qurğuları deyil, həm də 9T250 şassili yükdaşıma və doldurma, komanda və idarəetmə, texniki xidmət və məskunlaşma maşınları da daxildir. Bu maşınların əksəriyyəti MZKT-7930 və KamAZ şassiləri üzərində quraşdırılıb.

Fotolarda altı MZKT-7930 şassili maşın və bir KamAZ şassili maşın yanmış vəziyyətdə görünür. Ekspertlərin ilkin analizinə görə, zərbədə yalnız bir işə salma qurğusu, digər beş maşın isə 9T250 yükdaşıma və doldurma maşınları olub. Yanğın zamanı Rusiya tərəfi alovu söndürməyə çalışsa da, buna nail ola bilməyib.

Qeyd edək ki, bu, “İskəndər” OTRK-ya məxsus məhv edilmiş maşınlara aid yayımlanan ilk fotoşəkillərdir. Ötən ilin iyun ayında isə Rusiyanın bir işə salma qurğusu məhv edilmiş, iki maşın isə zədələnmişdi.

Bu hadisə, Ukrayna dronlarının Rusiya hərbi infrastrukturu üzərində nə qədər təsirli olduğunu bir daha göstərir.

Rasim Əliyev

“AzPolitika.info”


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Sentyabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri