Icma.az
close
up
RU
Rusiya da artıq müharibədən yorulub Tramp onları barışdıracaq?

Rusiya da artıq müharibədən yorulub Tramp onları barışdıracaq?

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün mümkün olduğunu bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev bildirdi ki, Amerika Prezidenti Donald Tramp onsuz da hakimiyyətə gəldiyi ilk gündən etibarən hədəflərindən biri Rusiya-Ukrayna müharibəsini bitirmək olub:

"Yəni bu, heç kəsə sirr deyil. Tramp bu istiqamətdə Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə, Vaşinqtonda isə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb. Təbii ki, bu görüşlərin nəticəsi sual altındadır. Yəni istənilən səviyyədə bir nəticə əldə edilmədi, amma ümumiyyətlə görüşün keçirilməsi, Trampın tərəflərdən nə istədiyini bir daha öyrənməyə çalışması, mənim fikrimcə, özü-özlüyündə bir nəticə idi. Əgər bir görüş olubsa, bu görüşün ardının gələcəyi də bəlli idi. İndiki məqamda da belə bir görüşün baş tutması mümkündür".

Müsahibimiz hesab edir ki, görüş üçün artıq zəmin yaranıb:

"Müharibənin uzanması heç kəsə fayda vermir. Rusiya tərəfi də artıq müharibədən yorulub, Ukrayna tərəfi də eyni vəziyyətdədir. Tramp isə izah etməyə çalışır ki, tərəflər faktiki olaraq maksimalist mövqedən əl çəkməlidirlər. Daha dəqiq desək, Rusiya işğal etdiyi bütün ərazilərin özündə qalmasını istəyir, Ukrayna isə işğal edilmiş ərazilərin hamısının ona qaytarılmasını tələb edir. Yəni burada hər iki tərəfin istəyinin yerinə yetməyəcəyi aydındır. Ona görə də ortaq bir məxrəcə gəlinməsi vacibdir. Əgər Tramp tərəfləri kompromisə razı sala bilsə, əlbəttə ki, görüş də keçiriləcək, nəticə də əldə ediləcək. Amma hər halda belə bir görüşün keçirilməsi real olsa da, görüşdə nəticənin əldə edilməsi görüşün keçirilməsi ilə müqayisədə daha az ehtimallıdır. O baxımdan da hesab edirəm ki, Tramp yaxın müddətdə, yəni yaxın gələcəkdə belə bir görüş keçirməyə nail olacaq".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Oktyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri