Icma.az
close
up
RU
Rusiya da Azərbaycan kimi dezinformasiyalarla mübarizədə aktivlik sərgiləməlidir, çünki...

Rusiya da Azərbaycan kimi dezinformasiyalarla mübarizədə aktivlik sərgiləməlidir, çünki...

Icma.az bildirir, Moderator.az portalına istinadən.

“Sön dövrlər bir sıra xarici ölkələrin informasiya resurslarında və sosial media seqmentlərində Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyasının başlanması müşahidə olunur. Yayılan məlumatların bir qismində guya Azərbaycanın üçüncü ölkə vasitəsilə Ukraynanı silahlandırmasına dair saxta xəbər, digər qismində isə Azərbaycanın İsrailə görə Avroviziya Mahnı Müsabiqəsində iştirakdan imtinası ilə bağlı həqiqəti əks etdirməyən iddialar yer alıb”.

Bu sözlər Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında yer alıb.  Maraqlıdır, Azərbaycanın guya Ukraynanı silahlandırması ilə bağlı ortaya atılan dezinformasiyalar nəyə xidmət edir? Bu yalanların dövriyyəyə buraxılmasında məqsəd nədir?

Aydındır ki, bu kimi dezinformasiyalar hər şeydən öncə Azərbaycanla Rusiya arasında gərginlik yaratmağa, iki dövlət arasındakı münasibətlərə kölgə salmağa xidmət edir. Dezinformasiya müəllifləri yaxşı başa düşür ki, Rusiya ilə Ukrayna arasında müharibənin davam etdiyi indiki şəraitdə Azərbaycanın Ukraynaya silah verməsi xəbərinin Rusiya ictimaiyyətində qıcıq doğuracağı şəksizdir. Bu kimi əsassız xəbərlərin Rusiyanın Azərbaycana inamsız münasibətinin formalaşmasına da təsir göstərməsi ehtimalı mövcuddur. Məhz bu səbəbdən də bəzi qüvvələr Azərbaycanın Ukraynaya silah verməsi ilə bağlı əsassız və qərəzli informasiyalar ortaya atmaqda, bu yalana mümkün qədər həqiqət donu geyindirməyə çalışırlar.

Məlum dezinformasiyaların təhlili göstərir ki, bu cür yalanlar anti-Azərbaycan və anti-Rusiya qüvvələri tərəfindən ortaya atılır. Çünki bu yalanlarda əsas məqsəd Azərbaycanla Rusiya arasında süni şəkildə gərginlik yaratmaqdır ki, bu da nə Azərbaycanın, nə də Rusiyanın maraqlarına uyğundur. Bu isə o deməkdir ki, belə dezinformasiyalara qarşı mübarizədə Rusiya tərəfi də Azərbaycan qədər aktiv olmalı, həmin yalanların operativ şəkildə ifşasını təmin etməlidir.

Şübhəsiz, Azərbaycanla Rusiya arasında müəyyən gərginliklərin mövcudluğu heç kimə sirr deyil. Hansı ki, bu gərginliklərin kökündə konkret səbəblər dayanır. Bunlardan ən əsası 2024-cü ilin 25 dekabr tarixində AZAL təyyarəsinin Rusiya hava məkanında vurulması və bunun ardınca Aktauya qəza enişi etməsidir. Azərbaycan tərəfi bununla bağlı Rusiyaya qarşı üç tələb irəli sürüb ki, bunar da baş verənlərə görə qarşı tərəfin ölkəmizdən üzr istəməsi, günahkarların cəzalandırılması və Azərbaycana kompensasiyanın ödənilməsidir. Rusiyada azərbaycanlıların kütləvi təzyiqlərə məruz qalması da ölkəmizdə narahatlıq doğuran əsas məsələlərdəndir. Bütün bunların fonunda  Azərbaycanın guya Ukraynaya silah satması kimi yalanlarla Azərbaycan-Rusiya münasibətlərinə yeni gərginlik əlavə etmək cəhdi yolverilməzdir və açıq-aşkar təxribat xarakteri daşıyır. Bu təxribatlara qarşı mübarizə Rusiya Azərbaycanın cəhdlərini dəstəkləyərsə, o zaman məlum dezinformasiyaların qarşısı qısa zamanda alınar ki, bu da hər iki dövlətin marağına uyğundur.

Seymur ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Sentyabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri