Icma.az
close
up
RU
Gürcüstanın Azərbaycan təcrübəsinə ehtiyacı var, çünki... Deputat

Gürcüstanın Azərbaycan təcrübəsinə ehtiyacı var, çünki... Deputat

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Gürcüstan Prezidenti Mixail Kavelaşvili aprelin 15-də Azərbaycana rəsmi səfərə gəlib.

Qonşu dövlətin liderinin Bakıya səfəri nə vəd edir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, deputat Hikmət Babaoğlu bildirdi ki, Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin ilk rəsmi səfərini Azərbaycana etməsi, Gürcüstan-Azərbaycan münasibətlərində mühüm bir hadisə kimi yadda qalacaq:

"Ona görə ki, sonuncu seçkilərdən sonra hökumətin formalaşması, gürcü xalqının qətiyyəti və iradəsi nəticəsində mümkün oldu. Azərbaycan-Gürcüstan münasibətlərinin dərin kökləri var, tarixə söykənən kökləri var, amma hər iki ölkənin müstəqilliyini əldə etdikdən sonra bir-birinə qarşı dəstək verməsi və bütün iqtisadi perspektivlərini, kommunikasiya perspektivlərini bir-biri ilə əlaqələndirməsi, şübhəsiz ki, bu münasibətlərin daha da dərinləşməsini zəruri edir. Beynəlxalq münasibətlərdə, ikitərəfli münasibətlərdə və siyasi münasibətlərdə daim Gürcüstan Azərbaycanın haqq mövqeyini dəstəkləmiş, Azərbaycan da Gürcüstanı dəstəkləmişdir. Lakin nəzərə almaq lazımdır ki, hazırda yeni bir mərhələyə qədəm qoymuşuq. Azərbaycan Cənubi Qafqazda yaratdığı yeni reallıqlardan sonra regionda yeni perspektivlər, imkanlar yaranıb. Ona görə də iki strateji tərəfdaş ölkənin münasibətlərinin bir daha nəzərdən keçirilməsi, yeni reallıq və yeni dünya nizamına doğru hərəkət edərkən iki ölkənin bir-birini bir daha qiymətləndirməsi vacibdir".

Deputat qeyd etdi ki, Gürcüstan Cənubi Qafqazın 3 respublikasından biridir.

"Ermənistan-Azərbaycan münasibətlərinin müzakirəsi üçün də Gürcüstan öz ərazisini hər zaman təklif edir. Müzakirə olunan mümkün məsələlərdən biri də bu ola bilər. Gürcüstanın Azərbaycan təcrübəsinə ehtiyacı var. Çünki Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Gürcüstanın isə torpaqlarının 20 faizi hələ də işğal altındadır. Yeni kommunikasiyalar məsələsi gündəmdədir. Azərbaycan, Gürcüstan və Rumıniya arasında Qara dənizin dibindən Avropaya çəkiləcək yeni yaşıl enerji kommunikasiyasının, çoxşaxəli internet zolağının çəkilməsi məsələsi kimi aktual məsələlər var",- deyə H.Babaoğlu bildirdi.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Aprel 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see702

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see438

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see264

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see233

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see230

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see212

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see211

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see209

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see208

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see200

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see198

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see196

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see195

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see191

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see189

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see188

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see187

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see185

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see184

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri