Rusiya Donbasda böyük hücuma hazırlaşır Hərbi kəşfiyyat
Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizimyol.info xəbər verir ki, Rubej briqadasının zenit-raket və artilleriya diviziyasının kəşfiyyat rəisi Daniil Borisenkonun Kiyev24 kanalında deyib ki, düşmən uzaq bölgələrdən bu istiamətə canlı qüvvə və texnika toplayır.
“Biz hamımız böyük bir hücum gözləyirik, lakin hələlik bu, kiçik qrupların taktikasıdır. Yəni, 2-5 nəfərlik kiçik qruplar halında ərazilərə sızaraq, möhkəmlənməyə çalışırlar”, - deyə Borisenko dedi.
Onun sözlərinə görə, FPV dronları hazırda işğalçıların qarşısını almaqda mühüm rol oynayır. Əsgərlər Ukrayna piyadalarını qorumaq üçün irəli mövqelərə yaxınlaşan düşməni məhv etməyə çalışırlar.
Baş Qərargahın son məlumatına görə, gün ərzində Kuraxovski istiqamətində 47 hərbi toqquşma baş verib. İşğalçılar ən fəal şəkildə İlyinka, Novoselidovka, Voznesenka, Novodmitrovka, Dalnı və Antonovka ərazilərində irəliləməyə çalışırdılar.
Bundan əvvəl Donetsk vilayət hərbi administrasiyası məlumat vermişdi ki, Rusiya Federasiyası ordusu Kuraxovski su anbarının Ternovskaya bəndini dağıdıb.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 13 Noyabr 2024 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















