Icma.az
close
up
RU
Rusiya Donbasda döyüşə hazırlaşır? ŞƏRH

Rusiya Donbasda döyüşə hazırlaşır? ŞƏRH

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Ukrayna KİV-lərdə Rusiyanın Donetsk vilayətində canlı qüvvə və texnikanı cəmləşdirdiyi barədə xəbərlər yayılır.

Peyklərdən və kəşfiyyat məlumatlarından görünür ki, Rusiya hazırda çox genişmiqyaslı rotasiya həyata keçirir. Xeyli sayda canlı qüvvə və hərbi texnika Xerson vilayətindən, Krımdan, Sumı vilayətindən və Zaporojyedən Donetsk vilayətinə daşınır. Bu, yaxın aylarda böyük hücum əməliyyatlarının başlaya biləcəyinə işarədir.

Trampın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların təşkili cəhdi uğursuzluqla nəticələnsə də, Moskvanın əsas şərti bəlli oldu: Putin Donetsk vilayətinin tam nəzarət altına alınmasını istəyir.

Donetsk vilayətinin ümumi ərazisi 26 500 km²-dir. Onun 19 900 km²-i hazırda Rusiyanın, 6 600 km² isə Ukraynanın nəzarətindədir. Donetsk vilayətinin tam işğalı həm hərbi, həm siyasi baxımdan Kreml üçün strateji əhəmiyyət daşıyır.

Siyasi aspekt

Müharibənin ilk günlərindən Putinin və Rusiya rəsmilərinin qarşıya qoyduğu əsas hədəflər – “denasifikasiya”, “demilitarizasiya”, “üç günə Kiyev”, Zelenskinin devrilməsi idi, amma heç birinə nail olunmayıb. Əksinə, Rusiya artıq bir neçə dəfə işğal etdiyi ərazilərdən geri çəkilməyə məcbur olub: Kiyev vilayəti, Xarkov vilayəti, həmçinin Xerson şəhərinin təslim edilməsi.

Bu uğursuzluqlar Rusiyadaki radikal kəsimində(hansı ki, müharibənin aparıcı lokomotividir) ictimai narazılığı gücləndirib və hakimiyyətə qarşı iki əsas sual gündəmə gətirib:

1. Müharibənin hədəfi nədir?

2. Uğurlar hanı?

Cəmiyyətdə artan gərginlik Kremlə strategiyanı dəyişməyə məcbur edib. Yeni siyasi məqsəd olaraq Donetsk vilayətinin tam işğalı seçilib. Rusiya hakimiyyəti bunu daxili auditoriyaya “biz əvvəldən də Donetsk və Luqanskda rusdilli əhalini qorumaq üçün əməliyyat aparırdıq” tezisi ilə “sata” bilər. Bu, həm propaqanda baxımından, həm də daxili sabitlik üçün Putinə lazımdır.

Hərbi aspekt

Donetsk vilayəti 2014-cü ildən etibarən Ukraynanın ən güclü müdafiə istehkamlarının inşa edildiyi bölgədir. Ukrayna Silahlı Qüvvələri buranı Rusiya hücumlarına qarşı əsas sədd kimi qurub və hazırda həmin mövqelərin böyük hissəsi Ukraynanın nəzarətində qalır.

Bu müdafiə xətlərinin və istehkamların Rusiyanın əlinə keçməsi Ukraynanın ümumi müdafiə potensialını kəskin zəiflədə bilər. Məhz buna görə Putin üçün Donetsk vilayətinin tam işğalı strateji prioritetə çevrilib.

Məlumata görə, Rusiya sentyabrın sonunda bir neçə istiqamətdə genişmiqyaslı hücuma başlamağı planlaşdırır. Əsas məqsəd: Qışa qədər Kramatorsk və Slavyansk istiqamətinə çıxmaq, 2026-cı ilin yayına qədər isə bütün Donbası tam işğal etməkdir

Bundan sonra Kremlin müharibəni “dondurmaq” istəyəcəyi ehtimal olunur. Bunun səbəbi isə Rusiya iqtisadiyyatının artıq uzunmüddətli müharibəni daşıya bilməməsidir. Müxtəlif qiymətləndirmələrə görə, Rusiya iqtisadiyyatı müharibəni ən çox 9-12 ay maliyyələşdirə bilər. Bundan sonra iqtisadi kollaps riski sürətlə artacaq.

Nəticə etibarı ilə, hazırda Rusiya Donbas uğrunda həlledici döyüşə hazırlaşır. Bölgədə böyük qruplaşma formalaşdırılır və ilkin hücum mərhələsi üçün təxminən 100 min əsgər cəmlənir. Kreml “va-bank” gedir: Donbas uğurunda döyüşdə uğursuzluq Rusiyanın dövlətçiliyinə və Putinin şəxsi hakimiyyətinə çox ağır zərbə vura bilər.

Kamran Cəfərov

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Sentyabr 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri