Icma.az
close
up
RU
Rusiya Dövlət Duması: ABŞ ın şəhərləri cavab atəşinə tutulacaq

Rusiya Dövlət Duması: ABŞ ın şəhərləri cavab atəşinə tutulacaq

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna Silahlı Qüvvələri (USQ), Amerika ekipajlarının birbaşa iştirakı olmadan “Tomahawk” raketləri ilə Rusiya ərazisinə zərbə endirə bilməz.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədr müavini Aleksey Juravlyov mətbuata açıqlamasında deyib.

“Məlumdur ki, ABŞ əvvəllər də bu raket komplekslərini NATO müttəfiqlərinə ötürərkən onların idarəsini öz əlində saxlayıb. İndiki vəziyyətdə də yalnız amerikalı ekipajlar bu raketləri Rusiyaya qarşı buraxa bilər. Bu isə artıq ABŞ-ın hərbi əməliyyatlarda birbaşa iştirakı deməkdir. Bunun nəticələri olacaq – o cümlədən, ABŞ şəhərlərinə cavab atəşi ehtimalı da düşünülə bilər. İnanın, bunun üçün imkanlarımız mövcuddur”, – deyə o bildirib.

Deputat həmçinin qeyd edib ki, Rusiya “Tomahawk” raketlərini hələ SSRİ dövründən bəri tanıyır və onları məhv etmək üçün kifayət qədər təcrübəyə malikdir: “Hər bir “Tomahawk” üçün bizdə ona qarşı hazırlanmış "S-350" hava hücumundan müdafiə sistemi mövcuddur. Bu raket bizim üçün mürəkkəb hədəf deyil, hələ sovet vaxtından yaxşı öyrənilmiş bir raketdir. Amma məsələ ondadır ki, bu raketlər nüvə başlıqları da daşıya bilər. Bu isə artıq tamam fərqli səviyyədə qarşıdurmadır. Kim bilir, USQ həmin raketlərin üzərinə nə əlavə edəcək…”, - deyə o qeyd edib.

2025-ci ilin oktyabr ayından etibarən mediada ABŞ-ın Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək üçün “Tomahawk” raketləri verməsi ehtimalı geniş şəkildə müzakirə olunur.

ABŞ Prezidenti Donald Tramp 7 oktyabrda bildirib ki, bu məsələ ilə bağlı “demək olar ki, qərar verib”, lakin raketlərin Ukraynaya veriləcəyi ilə bağlı hələ dəqiq qərar açıqlanmayıb.

Qeyd edək ki, ABŞ ilk dəfə 2024-cü ilin noyabrında Ukraynaya Rusiyanın ərazisinə uzaqmənzilli silahlarla zərbə endirməyə icazə verib. Həmin il, noyabrın 19-da Ukrayna Ordusu Bryansk vilayətinə "ATACMS" raketləri ilə zərbə endirmişdi. Bunun cavabında Rusiya 21 noyabrda Ukraynanın Dnipro şəhərindəki bir zavodu “Oreshnik” raketi ilə vurmuşdu.

2025-ci ilin oktyabrında isə Prezident Vladimir Putin bəyan etmişdi ki, Rusiya yaxın vaxtlarda yeni bir silaha sahib ola bilər və hazırda onun sınaqları keçirilir.

Daha öncə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski cəbhədə vəziyyətin ağır olduğunu bildirmişdi.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 11 Oktyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see203

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see175

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see139

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri