Rusiya Dövlət Duması Zelenskinin təhdidlərinə belə cavab verdi
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik Ukrayna tərəfindən səsləndirilən yeni zərbə hədələrinə münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, o, Kiyevdən gələn bəyanatların ciddi qəbul edilməli olduğunu, amma panikaya düşmədən cavab addımlarına hazır olmağın vacibliyini vurğulayıb.
Deputat qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin son açıqlamaları – Rusiyanın dərinliklərinə zərbə endirmək barədə bəyanatı Moskva üçün diqqət mərkəzindədir. Xüsusilə, Ukrayna Silahlı Qüvvələrinin (AFU) yeni “Flamingo” tipli raketlərinin müzakirəyə çıxarılması Rusiyada təhlil edilir.
“Hesab edirəm ki, bizim müvafiq strukturlarımız artıq bu raketlərin texniki parametrlərini öyrənib. Əgər hər hansı zərbə cəhdi olsa, biz onları zərərsizləşdirəcəyik. Təkcə zərbələri dəf etməyəcək, eyni zamanda cavab zərbələri də endirəcəyik,” – Kolesnik bildirib.
Deputat Zelenskinin ritorikasının yalnız şəxsi mövqe olmadığını, bu siyasətin Avropa tərəfindən diktə olunduğunu da vurğulayıb:
“Burada əsas məsələ Qərbin təzyiqi və diktəsi ilə Kiyevin bölgədə gərginliyi artırmaq cəhdidir. Amma Rusiya buna cavab vermək üçün bütün imkanlara malikdir”.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 31 Avqust 2025 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















