“Rusiya dronları açıq şəkildə Polşanı hədəf alıb” Almaniya müdafiə naziri
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya dronları açıq şəkildə Polşanı hədəf almışdı.
APA “AFP” agentliyinə istianadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Bundestaqda çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə Rusiya dronlarının Polşa üzərində uçması heç də kursun yanlışlıqla dəyişdirilməsi ilə izah oluna bilməz.
"Bu, sadəcə naviqasiya xətası və ya oxşar bir şey deyildi. Dronların Ukraynaya çatmaq üçün bu marşrutu seçməsi heç bir şəkildə əsaslandırıla bilməz", – deyə Pistorius qeyd edib.
Eyni zamanda, Almaniyanın xarici işlər nazirli Yohann Vadeful Berlində niderlandlı həmkarı David van Vele ilə görüşdə bildirib ki, "Rusiya təhlükəli bir eskalasiyaya gedib".
Onun sözlərinə görə, Rusiya dronlarının Polşa hava məkanına daxil olması NATO-nun birliyini bir daha nümayiş etdirdi. Belə ki, Niderlandın F-35 qırıcıları Polşa Hərbi Hava Qüvvələrinə dronların vurulmasında yardım edib.
Vadeful əlavə edib ki, Niderlandın F-35 qırıcılarının və Almaniyanın “Patriot” zenit-raket komplekslərinin bölgədə yerləşdirilməsi “gələcəkdə də qalacaq hərbi zərurətdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 10 Sentyabr 2025 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















