Almaniya Polşanı qorumaq üçün döyüş təyyarələri göndərib
Icma.az, Ayna saytına istinadən bildirir.
Şərqi Avropanın hava hücumundan müdafiəsini gücləndirmək üçün Polşa ilə sərhədə iki “Eurofighter” qırıcısı göndərilib
Almaniya PUA insidentindən sonra Polşa ilə sərhədə iki “Eurofighter” qırıcı təyyarəsini bu ölkə və Şərqi Avropa üzərində hava məkanında patrul xidmətini genişləndirmək üçün göndərib. AYNA.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yüksək vəzifəli məmura istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Şərqi Avropanın hava hücumundan müdafiəsini gücləndirmək üçün Polşa ilə sərhədə iki “Eurofighter” qırıcısı göndərilib.
Xatırladaq ki, sentyabrın 10-na keçən gecə Polşada bir neçə pilotsuz təyyarə vurulub. İnsident Varşava da daxil olmaqla bir neçə hava limanının müvəqqəti bağlanmasına səbəb olub.
Polşanın Baş naziri Donald Tusk vəziyyəti “görünməmiş” adlandırıb və Rusiyanı təxribatda ittiham edib.


