Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

20 ci sanksiya paketinə doğru...

20 ci sanksiya paketinə doğru...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Rusiya-Ukrayna münahirbəsində diplomatik təşəbbüslərin artdığı vaxtda cəbhə xəttində döyüşlər də güclənir. Rusiya qoşunları diplomatik masada üstünlüyünü qorumaq üçün daha çox ərazi ələ keçirməyə çalışır. Belə bir şəraitdə Kiyev və müttəfiqləri hucumların miqyasını azaltmaq və Rusiyanı zəiflətmək üçün müxtəlif təşəbbüslər göstərir. Belə təşəbbüslərdən biri də Rusiyaya qarşı sanksiyaları daha da genişləndirməkdir.

Yeri gəlmişkən, bugünlərdə Avropa İttifaqı (Aİ) Rusiyanın hibrid fəaliyyətləri, o cümlədən informasiya manipulyasiyaları və müdaxilələri, Aİ-yə üzv dövlətlərə və tərəfdaşlarına qarşı kiber fəaliyyətləri nəzərə alaraq əlavə 12 şəxsə və 2 təşkilata məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Siyahıya Kremlin siyasət və informasiya aparatına yaxın və ya ona bağlı institutlarda, düşüncə mərkəzlərində və universitetlərdə fəaliyyət göstərən tanınmış xarici siyasət analitikləri, həmçinin Ukraynaya müdaxilə, anti-Ukrayna və anti-NATO təbliğatını, eləcə də Rusiyanın təbliğatı və sui-qəsd nəzəriyyələrini yaymaqla məşğul olan şəxslər və təşkilatlar salınıb. Onların arasında keçmiş hərbçilər və polis əməkdaşları da var.

700 gəmiyə qarşı sanksiyalar qüvvəyə minib

Bundan əlavə, Avropa İttifaqı  Rusiya ilə bağlı sanksiya siyahılarına daha 40 gəmi daxil etmək niyyətindədir. Bunu Aİ-nin ali nümayəndəsi Kaya Kallas bəyan edib. “Biz kölgə donanmasındakı gəmilərlə bağlı qərar qəbul edəcəyik. Söhbət 40 gəmidən və sanksiyalardan yayınmağa kömək edən şəxslərdən gedir”, - deyə K.Kallas bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə teleqram kanalında yazıb ki, ümumilikdə Rusiyanın müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi 700 gəmiyə qarşı sanksiyalar qüvvəyə minib: “Rusiya donanmasının sanksiyalara məruz qalan gəmiləri neft və başqa enerji resursları daşıyır və müharibəninin uzadılması üçün pul verir. Bu, Rusiyanın kölgə donanmasına qarşı ən böyük sanksiyalar paketidir. Təkcə Rusiya bayrağı yox, digər dövlətlərin bayraqları dalğalanan gəmilər də məhdudiyyətlərə məruz qalıb”. Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 656 gəmiyə qarşı sanksiya tətbiqi əks olunan qərarının qüvvəyə minməsi üçün sərəncam da imzalayıb. Sanksiyalar altında olan gəmilər 50-dən çox ölkənin bayraqları ilə hərəkət edib. Daha çox Qambiya, Syerra-Leone, Panama və Kamerunun bayraqları istifadə olunub. Ukrayna Prezidentinin sözlərinə görə, Kiyev bu sanksiyalarla bağlı müttəfiqləri ilə birgə iş görəcək.

2027-ci il yanvarın 1-dən...

Ukraynanın tərəfdaşları Rusiyaya qarşı sanksiyaları daha da genişləndirmək üçün əməkdaşlığı davam etdirirlər. Bu yaxınlarda Kiyevdə ABŞ, Böyük Britaniya və Avropa İttifaqı  ölkələri də daxil olmaqla 21 dövlətin nümayəndələrinin iştirakı ilə ilk “sanksiyalar” sammitinin keçirilməsi də bunun göstəricisidir. Sammitin nəticəsi olaraq beynəlxalq sanksiya koalisiyasının gücləndirilməsi üzrə əlavə planın hazırlanacağı, həmçinin Aİ-nin 20-ci sanksiya paketinə dair təkliflərin formalaşdırılacağı nəzərdə tutulur.

Xatırladaq ki, Avropa İttifaqına  üzv ölkələr Rusiyaya qarşı sonuncu - 19-cu sanksiyalar paketini oktyabr ayında qəbul ediblər. Bu istiqamətdə işlərə hələ iyul ayında - 18-ci sanksiyalar paketi təsdiqləndikdən dərhal sonra başlanmışdı. O zaman Avropa İttifaqı “yarımçıq tədbirlərlə kifayətlənməyəcəyini” bəyan etmişdi. 19-cu sanksiyalar paketinin qəbulu isə asan olmayıb. Çünki Aİ daxilində həmin məhdudlaşdırıcı tədbirlərin qəbul olunmasına bir sıra müqavimətlər var idi. Narazılar hesab edirdilər ki, bu sanksiyalar Aİ ölkələrinə də mənfi təsir göstərə bilər. Buna baxmayaraq, ittifaq daxilində konsesusa gəlmək mümkün olub. Avropa İttifaqının 19-cu sanksiyalar paketi üzv ölkələrə Rusiyadan maye qaz idxalını qadağan edir. Bu sanksiyalar paketi, həmçinin Rusiya diplomatlarının Avropa İttifaqı ölkələri ərazisində hərəkətinə məhdudiyyətlərin tətbiqini də ehtiva edir. Qadağanın mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Qısamüddətli müqavilələr üçün 6 aylıq keçid dövrü müəyyən edilib. Uzunmüddətli müqavilələr üzrə qadağa isə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Sanksiya siyahısına “kölgə donanması”nın daha 117 tankeri daxil edilib, bununla da sanksiya altında olan gəmilərin ümumi sayı 558-ə çatır. “Maliyyə” blokuna qarşı məhdudlaşdırıcı tədbirlər aşağıdakıları əhatə edir: Rusiya tərəfindən istifadə olunan təyyarə və gəmilərin üçüncü ölkəyə satıldıqdan sonra ilk 5 il ərzində sığortalanmasının qadağan edilməsi; beş Rusiya bankı ilə əməliyyatlara tam qadağa qoyulması və elektron ödəniş sistemlərinə, xüsusilə “Mir” sisteminə mövcud qadağanın, eləcə də Belarus və Qazaxıstandakı daha dörd banka qarşı sanksiyaların genişləndirilməsi. Bundan başqa, Avropa operatorlarının Rusiyada turizmlə bağlı xidmətlər göstərməsinə qadağa qoyulacaq.

Aİ Ukraynanın bərpası xərclərini təkbaşına ödəyə biləcəkmi?

Bu arada Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcəyi və bu işə özəl sektoru cəlb etməli olacağını bəyan edib. Bunu Aİ-nin  genişlənmə üzrə komissarı Marta Kos Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündə çıxış edərkən deyib. “Hazırda Ukrayna üçün maliyyələşdirmə ilə bağlı razılaşma prosesindəyik. Lakin Ukraynanın bərpası özəl vəsaitlər cəlb edilmədən və özəl şirkətlər olmadan mümkün deyil. Özəl şirkətlərin Ukraynaya sərmayə yatırması və yenidənqurma işlərində iştirakı üçün təhlükəsiz investisiya mühiti və hüquqi müəyyənlik lazımdır. Korrupsiyaya qarşı mübarizə tədbirləri məhz bu məqsədlə aparılmalıdır”, - deyə Marta Kos Ukraynadakı korrupsiya qalmaqallarını şərh edərkən bildirib.

Qeyd edək ki, dekabrın 18-19-də keçiriləcək sammitdə Avropa İttifaqı liderləri 2026-2027-ci illərdə Rusiya aktivlərinin ekspropriasiyası yolu ilə Ukraynaya təzminat kreditini razılaşdırmaq niyyətindədirlər. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin dekabrın 3-də elan etdiyi plana əsasən, Brüssel 2026-2027-ci illərdə Ukraynanın cari hərbi xərclərini və ya sülh bağlanacağı təqdirdə ordusunun yenidən qurulmasını Rusiyanın ekspropriasiya edilmiş 210 milyard avroluq aktivləri hesabına ödəmək niyyətindədir.

N.BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Dekabr 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri