Rusiya Əliyevin şərtlərini yerinə yetirəcək: Moskva hər şeyi... Markov açıqladı
Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Mən tam əminəm ki, Rusiya Azərbaycan Prezidentinin səsləndirdiyi şərtləri yerinə yetirəcək. Bu, Əliyevin ultimatumu deyil, daha çox zərərçəkmiş tərəfin faciədə günahkar olan tərəfdən obyektiv tələbidir".
Publika.az xəbər verir ki, bu fikirləri Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov “Moskva-Baku” nəşrinə bildirib.
Onun sözlərinə görə, Rusiya rəsmilərinin təyyarə qəzası ilə bağlı günahlarını etiraf etməməsi, alternativ versiyalar irəli sürməsi Azərbaycan tərəfini qıcıqlandırıb:
"Həqiqətən bu vəziyyətdə Azərbaycan tərəfi daha haqlıdır. Hadisədən bir müddət sonra Rusiya Təhlükəsizlik Şurasının iclası keçirilib və orada prezident Vladimir Putinin iştirakı ilə bu vəziyyət müzakirə edilib. Görüşdən sonra Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək faciəyə görə üzr istəyib. Əslində, Vladimir Putin bununla da faciəyə görə Rusiyanın məsuliyyətini etiraf etdi və vəziyyəti qismən düzəltdi. Bu, Bakı tərəfindən qəbul edilib. Amma Moskvanın bu faciədə vaxt itirməsi fakt olaraq qalır. Azərbaycan tərəfi bu üzrü daha əvvəl gözləyirdi.
Faciə ilə bağlı beynəlxalq təhqiqat 30 gün ərzində tamamlanmalı, yekun nəticələr isə 12 ay ərzində hazır olmalıdır. Rusiyanın səhvlərini düzəltmək imkanı var. Moskva vəziyyəti düzəltmək üçün hər şeyi etməlidir", - Markov qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 04 Yanvar 2025 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















