Icma.az
close
up
RU
Rusiya Azərbaycan Prezidentinin səsləndirdiyi şərtləri yerinə yetirəcək” Sergey Markov

Rusiya Azərbaycan Prezidentinin səsləndirdiyi şərtləri yerinə yetirəcək” Sergey Markov

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Biz Rusiya tərəfindən bir neçə səviyyədə faciəyə reaksiyaları gördük.
Azərbaycan tərəfi hesab edir ki, təyyarə Rusiyanın hava hücumundan müdafiə sistemi ilə vurulub.
Azərbaycan Çeçenistanın hava məkanında “Xalça” rejiminin tətbiqi ilə bağlı AZAL təyyarəsini operativ şəkildə xəbərdar etməyən Rusiya rəsmiləri arasında koordinasiyanın olmadığını gördü.
Yaranmış vəziyyətdə Rusiya rəsmiləri arasında konstruktiv reaksiyalar zəncirinin olmaması və bəzi rusiyalı şəxslərin hərəkətləri nəticəsində Rusiya-Azərbaycan münasibətlərində ciddi böhran yaranıb.
Yəni, əvvəlcə Rusiya Azərbaycana qarşı düzgün davranmadı”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov AZAL-ın Bakı-Qroznı reysi ilə uçan təyyarəsinin qəzaya uğraması ilə bağlı ağır faciədən sonra Rusiya-Azərbaycan münasibətlərinin nizamlanması perspektivlərini “Moskva-Baku.ru” ya şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan hesab edir ki, Rusiya dost ölkə, strateji tərəfdaş və müttəfiq kimi ilk gündən öz dövlət rəsmiləri və strukturlarının günahını etiraf etməli idi:
“Amma bu, edilməyib və Azərbaycan tərəfinin qəzəbinə səbəb olub. Bundan başqa, Rusiya rəsmilərinin təyyarə qəzası ilə bağlı bəzi alternativ versiyalar irəli sürməsi Azərbaycan tərəfini qıcıqlandırıb. Mən deyərdim ki, həqiqətən bu vəziyyətdə Azərbaycan tərəfi daha haqlıdır. Hadisədən bir müddət sonra Rusiya Təhlükəsizlik Şurasının iclası keçirilib və orada prezident Vladimir Putinin iştirakı ilə bu vəziyyət müzakirə edilib. Görüşdən sonra Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək faciəyə görə üzr istəyib. Əslində, Vladimir Putin bununla da faciəyə görə Rusiyanın məsuliyyətini etiraf etdi və vəziyyəti qismən düzəltdi.
Bu, Bakı tərəfindən qəbul edilib. Amma Moskvanın bu faciədə vaxt itirməsi fakt olaraq qalır. Azərbaycan tərəfi bu üzrü daha əvvəl gözləyirdi.
İlham Əliyev bəyan edib ki, söhbət yalnız Rusiyanın faciəyə görə məsuliyyətini etiraf etməsi ilə yekunlaşmır, Moskva həmçinin müvafiq strukturlarının günahını etiraf etməli, təqsirkarları cəzalandırmalı, eləcə də Azərbaycana təzminat ödəməlidir. Rusiya tərəfində bu şərtlər yerinə yetirilməyib. Ən azından biz bunu açıq şəkildə eşitməmişik”.
Sergey Markov əlavə edib ki, faciə ilə bağlı beynəlxalq təhqiqat 30 gün ərzində tamamlanmalı, yekun nəticələr isə 12 ay ərzində hazır olmalıdır:
“Rusiya bununla bağlı konstruktiv addımlar atır, Azərbaycanın istintaqda iştirakına razılıq verib. Bu, şəffaflığın təmin edilməsi, təbii ki, həm də Azərbaycanla dostluğu qorumaq üçün edilib. Rusiyanın səhvlərini düzəltmək imkanı var. Belə bir deyim var ki, faciə əsl dostları ayırmır, birləşdirir. Ona görə də, Rusiya vəziyyəti düzəltmək üçün hər şeyi etməlidir.
Mən tam əminəm ki, Rusiya Azərbaycan Prezidentinin səsləndirdiyi şərtləri yerinə yetirəcək. Bu, Əliyevin ultimatumu deyil, daha çox zərərçəkmiş tərəfin faciədə günahkar olan tərəfdən obyektiv tələbidir. İndi çoxları faciədən öz məqsədləri üçün istifadə edirlər. Xüsusilə Qərbdə.
Anti-Rusiya qüvvələri ümumiyyətlə, bu faciədən hədsiz sevinirlər. Ona görə Rusiya hələ də təyyarə qəzası ilə bağlı hansı bəyanatların ictimaiyyətə açıqlanması məsələsinə, xüsusən də rəsmilərin açıqlamalarına nəzarət etməlidir.
Mən şübhə etmirəm ki, vəziyyətin ciddiliyi, ağırlığı və faciəvi olmasına rəğmən son nəticədə Rusiya və Azərbaycan münasibətləri və konstruktiv əməkdaşlığı davam etdirmək üçün özlərində lazım olan güc və müdrikliyi tapacaqlar”.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Yanvar 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri