Icma.az
close
up
RU
“Rusiya ən azı 6 müstəqil dövlətə parçalanmalıdır...”

“Rusiya ən azı 6 müstəqil dövlətə parçalanmalıdır...”

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan parlamentinin sabiq sədri Rəsul Quliyev Rusiyada müsəlmanlara və digər azsaylı xalqlara qarşı münasibətin tarixi-siyasi səbəbləri ilə bağlı fikirlərini bölüşüb.

O, bildirib ki, imperiya adlanmaq üçün bir dövlət, onun ərazisində yaşayan xalqlara bərabər münasibət sərgiləməlidir: 

“Əgər bir imperiyada müxtəlif xalqlar yaşayırsa, onlara eyni gözlə baxılmalı, imtiyazlı etnos anlayışı olmamalıdır. Amma Rusiya tarixinin ilk günündən bu prinsipi pozub, digər xalqlara daim yuxarıdan aşağı baxıb”. Sezar pizza

Rəsul Quliyev qeyd edib ki, bolşevik çevrilişi baş verən 20-ci əsrin əvvəllərində Rusiyada savad səviyyəsi olduqca aşağı idi: 

“Həmin dövrdə Rusiya əhalisinin cəmi 3 faizi oxuyub-yaza bilirdi. Halbuki, Avropa ölkələrində bu rəqəm 70 faizə yaxın idi. Avropada savadlılıq səviyyəsi hələ 9-10-cu əsrlərdə belə yüksək olmuşdu. Bu o deməkdir ki, ruslar Avropadan azı min il geri idilər. İndi onların Avropaya çatması üçün lazım olan 50 il belə yetərli deyil, çünki Avropa inkişaf etməyə davam edir və bu fərq daha da dərinləşəcək”.

Quliyev vurğulayıb ki, Rusiya adlanan dövlətin tarixi süni şəkildə qurulub. Onun fikrincə, rus milləti anlayışı da sonradan yaradılmış uydurmadır: “18-ci əsrdə alman mənşəli II Yekaterina Rus imperiyası quraraq öz adını tarixə yazdırmaq istəyirdi. Bu məqsədlə tarix yazdırmağa qərar verdi və Karamzin adlı tarixçiyə rusların tarixini yazmağı tapşırdı. Karamzin isə Rusiyada milli yaddaş formalaşdırmaq üçün uydurulmuş qəhrəmanlar - Aleksandr Nevski, Dmitri Donskoy kimi fiqurlar yaratdı. Əslində isə bu şəxslər monqol vergi yığanları idi”.

O bildirib ki, Karamzinin yazdıqları tamamilə uydurmadır və tarixi sənədlərin böyük hissəsi məhv edilib. “Karamzinin qələmi ilə rus olmayan ərazilərdəki bu fiqurlar “azadlıq uğrunda qəhrəmanlar” kimi təqdim olunmağa başlandı. Bu, açıq tarixi saxtakarlıq idi”.

Rəsul Quliyev qeyd edib ki, Stalin dövründə rus xalqı süni qəhrəmanlıq kultu ilə yetişdirilib: “Stalin və onun təbliğatçıları, bu gün də fəaliyyətini davam etdirən çevrələr - Puşkin, Tolstoy, Dostoyevski kimi yazıçıları dünya klassiklərindən üstün kimi təqdim edirdilər. Halbuki, Mark Tven, Kafka, Dikens, London, Bayron və Höte kimi yazarların əsərləri rus yazıçılarından qat-qat yüksək səviyyədədir. Rus yazıçılarını onlarla müqayisə etmək həm ədəbiyyata, həm də rus xalqına təhqirdir”.

Eks-spiker qeyd edib ki, Rusiya təbii resurslara görə birinci olsa da, yaşayış səviyyəsinə görə dünya ölkələri arasında geridədir: “Ərazisinə görə birinci olan Rusiya əhalisinin sayına görə 9-cu, həyat səviyyəsinə görə isə 71-ci yerdədir. Aqrar və sənaye istehsalı baxımından isə 80-90-cı yerlərdə qərarlaşıb. Bu, dövlətin bərbad vəziyyətdə olduğunun sübutudur”.

Rəsul Quliyev hesab edir ki, Rusiya ən azı 6 müstəqil dövlətə parçalanmalı və onların hər biri ABŞ, Yaponiya, Çin və Monqolustan kimi dövlətlərin rəhbərliyi altında sivil inkişaf yoluna çıxmalıdır: “Alkoqolizm, xüsusilə də beyni zəiflədən və tərkibi ağır karbohidrogenlərlə zəngin olan “samaqon” adlı içkinin istehsalı dayandırılmalıdır. Rusiyanın nüvə silahları isə dərhal neytrallaşdırılmalı və sonra tamamilə ləğv olunmalıdır”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 İyul 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri