Icma.az
close
up
RU
Menu

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

Dostu 6 bıçaq zərbəsi vurdu

İsrail və HƏMAS arasında tarixi razılaşma...

Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

Tramp Harvarda 30 gün vaxt verdi

Milli məfkurədən müstəqil dövlətə

Milli məfkurədən müstəqil dövlətə

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müsahibimiz YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova

- Elnarə xanım, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 107 il ötür. Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki yerini və rolunu necə dəyərləndirirsiniz?
- 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti tarixi, ideoloji və siyasi fakt olaraq yalnız tarixi şəraitin məhsulu deyil, XIX əsrin sonu - XX əsrin əvvəlləri boyu davam edən milli-siyasi, ədəbi və fəlsəfi düşüncənin nəticəsidir. Çünki həmin illərdə bizdə milli dövlətçilik ideyasının tarixi uzağa getməsə də, milli mənlik şüurunun yaranmasının aspektləri bədii düşüncəyə söykənirdi.
Onlar hamısı, Cümhuriyyəti yaradanlar - M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, Ə.Topçubaçov, Ü.Hacıbəyli, N.Nərimanov, N.Yusifbəyli, C.Hacıbəyli, S.Məmmədzadə, habelə C.Məmmədquluzadə, M.Hadi, Ə.Cavad, H.Cavid və başqa millət çəfakeşləri soy, qan və gen birliyini hər şeydən uca tutub “elmə, mədəniyyətə öz dilimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmış bir millət çıxardaq” məramı ilə ölkə insanlarının sərbəst yaşayışının əldə olunmasına, xalqın milli-mənəmi dəyərlərinin, ədəbi irsinin qorunmasına, türklük və azərbaycançılıq ideallarının təbliğinə, islami dəyərlərin təlqin olunmasına ömür sərf edən mənəviyyat sahibləri idilər.
Tipik hadisələr tipik şəraitdə, onun varlığını gerçəkləşdirən zaman və məkan hüdudunda yetişir. 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin də yaranışını şərtləndirən müəyyən tarixi şərait gəlmişdi. Mirzə Cəlilin məşhur ifadəsini bir balaca dəyişib desək, Azərbaycan Demokratik Respublikasını zəmanə özü yaratmışdı.
1918-ci il aprelin 22-də yaradılan Zaqafqaziya Federativ Demokratik Respublikası cəmi bircə ay mövcud oldu. 1918-ci ilin mayın 26-da Federasiyanı Gürcüstan, 28-də isə Azərbaycan tərk etdi. Zaqafqaziya Seyminin Müsəlman Milli Şurasının sədri M.Ə.Rəsulzadənin simasında Azərbaycanın müstəqilliyi elan olunub müvəqqəti Milli Şura yarandı. Qeyd edək ki, 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyi elan olunsa da, istiqlala qovuşma məqamı, bu işi gerçəkləşdirmək haqqı həmin ilin 15 sentyabrında mümkün olmuşdur. Bildiyimiz kimi, həmin il erməni vəhşiliyinin tüğyan elədiyi bir dövr idi. Erməni-rus sövdələşməsi nəticəsində 1918-ci ildə 31 mart hadisələri - kütləvi genosid törədilmiş, iki gün ərzində otuz min azərbaycanlı öldürülmüşdür. Azərbaycan və Türkiyə arasında 1918-ci il 4 iyun tarixində bağlanmış “Daimi sülh və möhkəm dostluq münasibətləri” müqaviləsinə əsasən Nuru paşanın rəhbərliyi ilə Türkiyə ordusu və Azərbaycanın milli ordusu 15 sentyabr 1918-ci ildə Bakını bolşevik və daşnak qüvvələrindən azad etmişdir. Milli Şuranın sədri M.Ə.Rəsulzadə “Haqq yerini tutan gün” adlı məqaləsində həmin tarixi günü mayın 28-nə bərabər tutmuş, hətta “Eylülün 15-i olmasa, mayısın 28-i bir sənəsini doldurmadan yox olub gedərdi. Azərbaycan üçün bir baş şəhər deyil, əfsanələrdəki “can şişəsi” kibi olduğunu nəzərə alaraq, həqiqi istiqlal gününün eylülün 15-i olduğunu qəbul etməliyiz. Mayısın 28-də böyük bir haqq elan edilmiş, eylülün 15-də isə bu haqq gerçəkləşdirilmişdir”, - deyə daha artıq dəyərləndirmişdir.
- Həmin dövrə nəzər yetirdikdə İstiqlaliyyət məfkurəsinin bugünkü – müasir müstəqillik ideyasının əsasında dayandığının şahidi oluruq...
- Hər bir dövlətin qurulması, yaşaması üçün istiqlal təfəkkürünü formalaşdıran ciddi təməl olmalıdır. Bu təməlsiz dövlətçilik təfəkkürünün gerçəkləşməsi mümkün deyildir. Bununla bağlı bəzi məqamları xatırlatmağa ehtiyac var. Böyük mütəfəkkir Əhməd bəy Ağaoğlu "Üç mədəniyyət" əsərində Fransa inqilabının arxasında güclü fransız ədəbiyyatının dayandığını, dunyanı sarsıdan rus bolşevik inqilabının isə XIX əsr rus ədəbiyyatının ədalət çağırışlarından qaynaqlandığını yazır. Azərbaycan Cümhuriyyətinə də bu prizmadan yanaşılarsa, eyni qənaətə gəlmək olar. Çünki onun arxasında tarixin heç bir dönəmində təsadüf edilməyən nəhəng bir ədəbi-mədəni potensial dayanır: F.Köçərli, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Vəzirov, Y.V.Çəmənzəminli, M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Hadi, H.Cavid, S.Hüseyn, Ə.Cavad, C.Cabbarlı, Üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli və başqaları. Qısa bir zaman kəsiyində yetişmiş bu qüdrətli yazarlar nəsli olmasaydı, Cümhuriyyət məfkurəsi formalaşmaz, əsla qələbə çalmazdı. Məhz bu yazarların ciddi yaradıcılığı sayəsində ədəbiyyatın sadəcə əyləncə deyil, bütün böyük dəyişikliklərin təməlində duran vasitə olduğu aşkara çıxarıldı.
XX yüzilin əvvəlləri, Cümhuriyyət öncəsi ədəbiyyatın millətə ən çox yaxınlaşdığı dövrdür. Azərbaycan xalqının milli problemləri bu illərdəki qədər heç zaman fundamental şəkildə bədii ədəbiyyatın mövzusuna çevrilməyib. Ədəbiyyat tarixçiliyi, ədəbi tənqid, janrların dinamikası, teatr sənəti kimi ən müxtəlif sahələrdə böyük uğurlar qazanılıb. Təkcə F.Köçərlinin yazılarına diqqət yetirmək kifayət edər. O, təkcə ədəbiyyat tarixi yaratmaqla qalmadı, ədəbiyyata yön verən mütəfəkkirlərdən birinə çevrildi. Bir də onların taleyi ilə yazdıqları arasında hədsiz dərəcədə yaxınlığın olması mühüm məqamlardan sayılmalıdır. Hekayəsi yəni! Bütün bunlar göstərir ki, Cümhuriyyət zəminsiz, təməlsiz yaranmamışdır və onun ən əsas təməli mədəniyyət, ədəbiyyat olmuşdur. M.Ə.Rəsulzadənin1925-ci ildə Türkiyədə çap olunan "İstiqlal məfkurəsi və gənclik" adlı əsərində ədəbiyyatda istiqlal mövzusuna ciddi önəm verilir. Məhəmməd Əmin bəy həmin əsəri Finlandiyada olduğu qısa müddət ərzindəki müşahidələri əsasında yazıb. Orda qeyd olunur ki, fin folklorunda İsveç və rus köləliyinə qarşı saysız-hesabsız xalq nəğmələri var. Bu xalqın təfəkkürünə istiqlal məfkurəsi o qədər yerləşib ki, o heç bir zaman köləliklə barışıq yolunu tutmaz. Məhəmməd Əmin bəy müqayisə də aparır, bizim xalq ədəbiyyatımızda istiqlal mövzusunda əsərlərə daha çox ehtiyac oluduğunu yazır. Həmçinin "Əsrimizin Səyavuşu"nda qeyd edir ki, “Cümhuriyyət xalqın ruhundan, öz istəyindən doğdu”.
Ancaq məlumdur ki, onun yaranması asanlıqla başa gəlməmişdi. Cümhuriyyətin - dövrün mürəkkəb siyasi şərtləri, xarici və daxili düşmənlərin müqaviməti şəraitində hansı çətinliklər bahasına yarandığını Məhəmməd Əmin bəyin o zaman söylədiyi bir fikir daha sərrast ifadə edir: "Ah! Azərbaycan! Biz sənin haqqını tələb etmək deyil, yalnız sənin adını söyləmək üçün necə məruzələrə rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq".
Cəmi bir il on bir ay ömür sürən Azərbaycan Cümhuriyyəti xalqa nə verdi, yaxud milli yaddaş tarixində hansı xidməti, tarixi haqqı ilə iz qoydu, hansı əhəmiyyətli addımları ilə seçildi? Fəaliyyət göstərdiyi qısa vaxt kəsimində Azərbaycanın ərazisi bərpa olundu, güclü və mətin milli ordu yaradıldı, Azərbaycan dili dövlət dili elan edildi, onun milli simvolikası - gerbi, bayrağı, himni müəyyənləşdi. Milli Hökumətin önəmli addımları onun elm, təhsil, mədəniyyət sahəsində daha funksional olmuşdur. Bu bəlkə də onunla əlaqəli idi ki, Milli Hökumətin tərkibində təmsil olunanların böyük əksəriyyəti elm və sənət xadimləri, ziyalılar idilər. Belə ki, 1919-cu ildə Bakı Dövlət Universiteti yaradıldı, Azərbaycan Dövlət Teatrı, “Teatr xadimləri cəmiyyəti”, “Müsəlman Mühərrir və Ədiblər Cəmiyyəti”, “Yaşıl qələm” ədəbi birliyi açılmışdır. Rəsmi statistikaya görə, Azərbaycanda 1919-cu ildə 700 məktəb açılmış və təxminən 48780 şagird bu məktəblərdə təhsil almışlar.
Əlbəttə, bütün bu xidmətlərin miqyası bizim sadaladığımız faktlardan daha dərin və genişdir. Lakin Cümhuriyyət dövrünun tarixi əhəmiyətli addımı ilk növbədə, xalqın milli şüurunun oyanışına, milli kimliyinin tanınmasına, onun özgürlük meyvəsini dadmasına verdiyi əvəzsiz xidməti ilə ölçülməlidir. Bədnam Sovetlər İmperiyası xalqın bu istiqlal və azadlıq haqqını 1920-ci ilin aprelindən etibarən yetmiş ilə yaxın bir vaxt ərzində əlindən aldısa da zamanın azacıq imkan yaratdığı məqamda xalq öz istiqlalına qovuşdu, Azərbaycan 1991-ci ilin oktyabrında yenidən müstəqilliyini elan etməklə əsrin əvvəllərində qazanmış olduğu hürriyyətin tarixi varisi olduğunu isbatladı.
- Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir. Bu gün müstəqil dövlətimizin inkişafı, beynəlxalq müstəvidə tutduğu mövqe ilə bağlı fikirlərinizi bilmək istərdik...
- Xalqın milli mənlik şüurunu dirçəltmədən, ona böyük əxlaqi keyfiyyətlər - milli vətənpərvərlik, milli ovqat, mili ləyaqət hissi aşılamadan vahid ortaq məxrəcə - milli birliyə səsləmək müşkül məsələdir. Bunu XX əsrdə dərindən duyan şəxslərdən biri Ümummilli lider Heydər Əliyev oldu. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan məhz onun sayəsində suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Heydər Əliyevin həyata keçirdiyi siyasət qlobal mahiyyətinə görə bənzərsiz tarixi mərhələdə Azərbaycanın gücünə və Azərbaycan ictimai fikrinin təməl daşına çevrildi. XX yüzilliyin sonunda Ərəbistandan Qafqaza qədər dalğalanan siyasi ziddiyyətlərin Azərbaycana yansımaması, Azərbaycanın Şərqdə də, Qafqazda da müstəsna bir dünya dövləti kimi öz sabitliyini və hər mənada, müstəqilliyini qoruyub saxlaması, Azərbaycanın Şərqdə unikal, tolerant bir Avropa dövləti kimi təzahür etməsi Heydər Əliyev tərəfindən irəli sürülmüş milli məfkurənin ümummilli mahiyyətinə ən mükəmməl və etibarlı sübutdur.
Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi və yalnız bu böyük dövlət xadiminin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə nail oldu. Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. İbrətamiz faktdır ki, 1993-cü ildə Azərbaycan xalqı Heydər Əliyevi hakimiyyətə təkcə Azərbaycanı hərbi-siyasi böhrandan qurtarmaq üçün deyil, həm də Ümummilli liderin 25 il əvvəl başladığı Azərbaycançılıq əsərinin ən ciddi səhifələrini yaratmaq üçün dəvət edirdi.
Ulu Öndər Azərbaycançılıq ideyalarının yenidən təşəkkül tapması və praktiki surətdə həyata keçirilməsi uğrunda mübarizənin beşiyi başında dayandı, ən çətin sınaq dövrlərində belə milli ideyanı heç bir gücün, doktrinanın ayağına vermədi. Azərbaycan Demokratik Cümhuriyyətini təmsil edən yüksək zəka sahiblərinin ötürdüyü yüksək mənəvi irs Heydər Əliyevin tərcümeyi-halında ləyaqətlə qorundu, böyük siyasətçi bu mühüm tarixi-mənəvi missiyanın fəal və layiqli daşıyıcısı olmaq prioritetini nümayiş etdirdi. Bu gün də Heydər Əliyev idealları, onun azərbaycançılıq ruhu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətçilik siyasətində qorunaraq xalqın və dövlətin şərəf tarixinin ifadəsinə çevrilməkdədir.
Prezident İlham Əliyevin düşüncə tərzində və siyasi üslubunda irsə hörmət, varislik haqqına tapınaraq yola çıxmaq məqamı aparıcı xətti təşkil edir. Bəlkə buna görə rəhbərlik etdiyi iyirmi ildən artıq zaman kəsimində ölkə başçısı İlham Əliyevin diplomatik səriştəsi sayəsində xalq öz milli kimliyindən ayrılmadı, keçmişindən qopmadı, dəyərlərini itirmədi, özünə, meyarlarına sadiqliyi qorudu. Milli məfkurə, suveren şüur, istiqlal ruhu İlham Əliyevin sədaqətlə qoruduğu ən böyük sərvət oldu. Ölkə başçısı 2008-ci ildə Bakıda İstiqlal Bəyannaməsini abidələşdirdi, türk qanlı, İslam imanlı, Avropa fikirli yeni gəncliyin öz varlığından, milli kimliyindən ayrılmaması üçün bayraq meydanlarını qurdu. Türk ruhunu mənəviyyatında daşıyan millət fədailərimizin irsinin qorunması, təbliği və təqdimi ilə bağlı ardıcıl sərəncamlar imzaladı. Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarını ziyarətgah halına gətirməsi, Məhəmməd Əmin Rəsulzadənin, Əli bəy Hüseynzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli Xan Xoyskinin, Əhməd bəy Ağaoğlunun ölkə miqyasında və dövlət səviyyəsində yubileylərinin keçirilməsinə, Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının nəşrinə rəvac verməsi, hər biri böyük mədəni hərəkatın göstəricisinə çevrilən “İslam Həmrəyliyi ili”, “Multikulturalizm ili”, “Azərbaycan Cümhuriyyəti ili”, “Nizami Gəncəvi ili”, “İmadəddin Nəsimi ili”, “Şuşa ili”, “Heydər Əliyev ili”, “Konstitusiya və suverenlik ili” ilə bağlı qərarları da həmin humanitar düşüncə strategiyasının gerçəkləri sırasındadır. Bunlar Prezident İlham Əliyevin fikir həyatımızda oynadığı müstəsna məqamlar olmaqla yanaşı, bügünkü uğurlarımızın genetik kodlarını daşıyan, Cümhuriyyət yaddaşımızı qoruyan amillərdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 May 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

29 May 2025 16:23see157

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see129

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see124

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see124

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see120

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see119

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see118

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see114

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see114

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

29 May 2025 15:10see113

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

29 May 2025 16:23see113

Dostu 6 bıçaq zərbəsi vurdu

29 May 2025 16:45see112

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see112

Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır

29 May 2025 15:22see112

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see111

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see111

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri