Rusiya: Ən qısa zamanda Ukrayna ilə danışıqlar masasına oturacağıq
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya xarici işlər naziri Sergey Lavrov paytaxt Moskvada keçirilən Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndələrin 13-cü Toplantısında iştirak edib.
Turkustan.az xəbər verir ki, burada çıxış edən Lavrov ABŞ prezidenti Donald Trampın təşəbbüsü, prezident Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanı rəhbərliyinin dəstəyi ilə Ukrayna ilə birbaşa danışıqlara yenidən başladıqlarını və bunun üçün bu ölkələrə minnətdar olduqlarını bildirib.
Lavrov mayın 16-da İstanbulda Türkiyənin ev sahibliyi ilə Rusiya ilə Ukrayna arasında aparılan danışıqları xatırladaraq: "İstanbulda keçirilən danışıqlarda Ukraynada bütün ayrı-seçkilik qanunlarının aradan qaldırılmasında israr etdik. Mümkün qədər tez elan edəcəyimiz danışıqların yeni mərhələsində də bu məsələdə eyni şəkildə israr edəcəyik"-deyə, bildirib.
Ukrayna böhranının kök səbəblərinin aradan qaldırılmalı olduğunu deyən Lavrov: "Danışıqlar müharibədən yaxşıdır. Lakin danışıqlarda uğur əldə etmək üçün kök səbəbləri aradan qaldırmaq lazımdır. Əsas səbəblərdən biri Ukraynanın NATO-dan çıxmasıdır. NATO-nun şərqə doğru genişlənməsi Ukraynada təhlükəsizlik probleminin yaranmasına və Avropada təhlükəsizlik probleminin yaranmasına səbəb olub"-deyə, əlavə edib.
Sergey Lavrov vurğulayıb ki, Rusiyanın Ukraynanın neytrallığı və nüvə silahına malik olmaması ilə bağlı tələbləri yerinə yetirilməlidir.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 28 May 2025 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















