Rusiya Ermənistan məhsullarını geri qaytardı
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyaya ixrac edilən Ermənistan kənd təsərrüfatı məhsulları geri qaytarılıb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan sosial media hesabında paylaşım edib.
D.Qarnik bildirib ki, Gürcüstan vasitəsilə Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsulları ilə dolu yük maşınları Ermənistana geri qayıdır.
Onun sözlərinə görə, sürücülər keçidə icazə verilməməsinə "fitosanitar problemlər"in səbəb göstərildiyini deyiblər.
Deputat digər yüklərlə, xüsusilə tikinti materialları ilə olan avtomobillərin də ciddi yoxlamaya məruz qaldığını bildirib.
D.Qarnik vurğulayıb ki, hakimiyyət hadisəyə adekvat reaksiya verməyib və vəziyyət təkcə iqtisadi deyil, həm də siyasi xarakter daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 24 Avqust 2025 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















