Icma.az
close
up
RU
Rusiya Ermənistana hücuma hazırlaşır Avropa hərəkətə keçir

Rusiya Ermənistana hücuma hazırlaşır Avropa hərəkətə keçir

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyanın 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərinə ciddi müdaxilə edəcəyinə dair iddialar ölkədə narahatlıq doğurub. İrəvan hökumətinin bu məsələ ilə bağlı Avropa İttifaqına (Aİ) müraciət etməsi isə gərginliyi daha da artırıb.

Artıq Ermənistan rəhbərliyinin bu addımının Moskvada birmənalı qarşılanmadığı, seçkilərdə Kremlə bağlı qüvvələrin hakimiyyətə gətirilməsi üçün ən gözlənilməz yollara əl ata biləcəkləri deyilir.

Moskva Ermənistanda iğtişaşlar yarada, bu vasitə ilə baş nazir Nikol Paşinyanı devirə bilərmi?

Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın rəsmi İrəvanın seçkilərdə xarici müdaxilənin qarşısının alınması üçün İttifaqdan yardım istədiyinə dair bəyanatı, bağlı qapılar arxasında müzakirə olunan məsələnin açıq müstəviyə çıxarılmasıdır:

“Paşinyanın belə bir müraciətlə çıxış etməsi hakimiyyətinin həm daxili, həm də xarici müstəvidə üzləşdiyi çağırışları açıq şəkildə ortaya qoyur. Kaya Kallasın bəyanatı isə əslində Paşinyana köməkdən daha çox geosiyasi mübarizənin şiddətlənməsinin sürətləndirilməsidir.

Məlum məsələdir ki, baş nazir 2018-ci ildən bəri Moskvanın Ermənistan üzərində qurduğu klassik patron–vassal modelini tədricən sarsıtmağa çalışır. KTMT-dən faktiki uzaqlaşma, Qərblə siyasi dialoqun intensivləşməsi, Qarabağ məsələsində Rusiyanın “təhlükəsizlik təminatçısı” rolunun itirilməsi Kremlin Ermənistandakı təsir rıçaqlarını zəiflədib. Lakin, bu rıçaqlar tam sıradan çıxmayıb. Rusiya ilə əlaqəli siyasi elita, media resursları, təhlükəsizlik strukturlarında qalan köhnə şəbəkələr seçki dövründə informasiya manipulyasiyası, legitimliyin şübhə altına alınması və kütləvi etirazların qızışdırılması üçün hələ də əlverişli alətlərə malikdir.

Artıq heç kimə sirr deyil ki, 2026 seçkiləri bu dəfə sadəcə hakimiyyət uğrunda mübarizə deyil, Ermənistanın hansı geosiyasi məkanın bir hissəsi olacağına dair “referendum” xarakteri daşıyır. Xarici müdaxilə ehtimalı isə bu seçimi Ermənistan cəmiyyətinin deyil, kənar güclərin iradəsinə tabe edə bilər.


Zaur Məmmədov

Ona görə də, mövcud hakimiyyət erməni vətəndaşları qarşısında bu şüarı qoymalıdır – “Ermənistan üçün əsas sual “Paşinyan qalacaq mı?” deyil. Əsas sual budur: Ermənistan seçkilər vasitəsilə suveren qərar verə biləcək, yoxsa yenidən kənar qüvvələrin siyasi ssenarilərinin obyekti olacaq?

Hər halda, hadisələr göstərir ki, 2026-cı il təkcə seçkilərə qədər yox, sonrakı prosesdə də qaynar dövr olacaq. Hər bir gün Paşinyan üçün çağırışların dəf edilməsi mübarizəsi kimi yadda qalacaq. Gürcüstanda illər əvvəl baş verənləri unutmamalıyıq”.

Politoloq bildirib ki, Cənubi Qafqazda real təhlükəsizlik arxitekturası artıq kağız üzərindəki alyanslar deyil, faktiki güc və məsuliyyət daşıyan aktorlar vasitəsilə formalaşır:

“Bu kontekstdə, Azərbaycan və Türkiyə bölgədə təhlükəsizliyin əsas qarantları kimi çıxış edirlər.

Azərbaycan regionda status-kvonun dəyişdirilməsində həlledici rol oynayan dövlətdir. Uzun illər davam edən qeyri-müəyyənlik, “dondurulmuş münaqişə” adı altında saxlanılan xaos, məhz təhlükəsizliyin əsas mənbəyi idi. 2020-ci ildən sonra Bakı göstərdi ki, təhlükəsizlik yalnız güc balansını bərpa etməklə və beynəlxalq hüquqa əsaslanan reallıq yaratmaqla mümkündür. Bu baxımdan, Azərbaycan regional nizamı pozan yox, əksinə, onu formalaşdıran aktora çevrildi.

Azərbaycan–Türkiyə tandemi bölgədə təhlükəsizliyin təminatçısı kimi çıxış edərkən fərqli model təqdim edir. Bu model nə Rusiyanın postsovet məkanına “nəzarət və asılılıq” yanaşmasına, nə də Qərbin uzaqdan normativ tövsiyələrinə bənzəyir. Əsas prinsip sadədir: suverenlik, sərhədlərin toxunulmazlığı və kommunikasiya xətlərinin təhlükəsizliyi. Məhz bu prinsiplər regionda davamlı sabitliyin əsasını təşkil edir”.

Z.Məmmədov qeyd edib ki, Ermənistan üçün də bu reallığın əhəmiyyəti böyükdür:

“Paşinyan hökuməti gec də olsa, anlamağa başlayır ki, ölkənin təhlükəsizliyi artıq üçüncü tərəflərin qeyri-müəyyən “zəmanətləri” üzərində qurula bilməz.

Ermənistanın real təhlükəsizliyi qonşularla münasibətlərin normallaşmasından, regional layihələrə qoşulmasından və hərbi-siyasi avantüralardan imtina etməsindən keçir. Bu mənada, Azərbaycan və Türkiyənin yaratdığı yeni regional düzən Ermənistan üçün təhdid yox, alternativ təhlükəsizlik imkanıdır”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Dekabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see316

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see305

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see288

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see266

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see252

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see239

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see211

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see205

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see178

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see171

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see170

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see154

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see150

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see149

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see149

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see148

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri