Rusiya Ermənistana qarşı müharibəyə hazırlaşır Simonyandan şok
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyanın ölkəsinə qarşı “hibrid müharibə” apardığını iddia edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında məlumat paylaşıb.
Siyasətçinin sözlərinə görə, Moskva Ermənistana təzyiq göstərmək üçün medianın gücündən istifadə edir.
“Rusiya hibrid müharibə ilə hazırda siyasi cəbhəmizdə kəşfiyyat işləri ilə məşğuldur. Onlar araşdırma aparır, müxtəlif mövzuları irəli sürür, acınacaqlı məqalələr hazırlayır, intriqalar yaradır və çirkin ssenarilər uydururlar”, – Simonyan qeyd edib.
O, əlavə edib ki, bu cür nəşrlər sadəcə hücumları sifariş edən və həyata keçirən şəxslərin üslubunu nümayiş etdirir. Simonyanın sözlərinə görə, onların səhvi erməni mentalitetini yanlış başa düşmələrindədir:
“Hətta erməni soyadlı çoxsaylı manqurtlar belə sizə kömək etməyəcək. Ona görə də çox çalışmayın, sadəcə özünüzü yoracaqsınız”, – Simonyan vurğulayıb.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 05 Noyabr 2025 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















