Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi etməklə sülh müqaviləsinə mane olmaq istəyir
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
"Ermənistanda Rusiya müxalifətə dəstək verməklə seçkilərdə Nikol Paşinyanı devriməyə çalışacaq. Xüsusilə Gümrüdə müxalifətin mer seçilməsi, müxalifət və Rusiyanı ciddi şəkildə ümidləndirib. Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi etməklə, sülh müqaviləsinə mane olmaq və yalnız öz nəzarətində yeni bir müqavilə bağlatdırmaqla nəqliyyat yollarına tam nəzarət etməyi planlaşdırır".
Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Paşinyan bu çıxışları ilə prosesləri dalana aparır:
"Paşinyan "Yerevan dialoqunda" çıxışında özünü "sülhpərvər" açıqlaması ilə, prosesləri dalana aparır. Ermənistan parlament seçkilərinə kimi referendum edib, konustitusiyanı dəyişərək, sülh müqaviləsi bağlayarsa, Türkiyə və Azərbaycanla münasibətlər normallaşacaq. Nəticədə özünün hakimiyyətdə saxlaya və Rusiyanın təsirini neytrallaşdıra bilər. Hazırkı situasiyada Rusiya Ermənistanda mövqelərini gücləndirməyə çalışır".
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 27 May 2025 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















