Icma.az
close
up
RU
Paşinyana qarşı səfərbərlik: Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi həyata keçirmək istəyir

Paşinyana qarşı səfərbərlik: Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi həyata keçirmək istəyir

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Ermənistan parlamentinin sədri Alen Simonyan dünən Rusiya səfiri Sergey Kopırkinlə görüşdən dərhal sonra Moskva əleyhinə sərt bəyanatlar verib. Bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Erməni nəşri qeyd edir ki, dünən Simonyan keçirdiyi brifinqdə növbəti dəfə anti-Rusiya bəyanatı verib. O bildirib ki, Ermənistana qarşı hibrid müharibə aparılır, xüsusən də Rusiya tərəfindən bunun üçün böyük pullar xərclənir. Spiker rusiyalı ekspertlərin yerli telekanallarda Ermənistanda hakimiyyət dəyişikliyi və mitinqlərə çağırışlar etdiyini də söyləyib. Milli Məclisin sədri bu bəyanatı Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşdən dərhal sonra verib. Maraqlıdır, Kopırkin Simonyana nəyi çatdırıb ki, onun son vaxtlar yumşalan anti-Rusiya ritorikasını yenidən sərtləşdirib. 

Mənbə əlavə edir ki, görüşlə bağlı məhdud rəsmi məlumat var: “Həmin məlumata görə, həmsöhbətlər ikitərəfli, eləcə də parlamentlərarası əlaqələrlə bağlı mövzular ətrafında fikir mübadiləsi aparıb. Həmçinin Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun Ermənistana gözlənilən rəsmi səfəri ilə bağlı gündəlikdəki məsələlərə də toxunulub”.

Politoloq Tofiq Abbasov Sherg.az-a bildirib ki, Ermənistanda özünəməxsus inqilabı vəziyyət formalaşdırılır:


“Həmişə olduğu müxtəlif istiqamətlərdə müdaxilələr var. Ermənistanda müəyyən güc mərkəzləri öz yerlərini bərkitməyə çalışırlar. Rusiyanın proseslərə yanaşması bəllidir və bu işlərdə birmənalı şəkildə üstünlüyü əldən verməmək üçün səylər göstərir. Çünki Paşinyan hökümətinin Qərblə oyuna girməsi, Avropadan müşahidəçilərin gətirilməsi və inteqrasiya ilə bağlı parlamentin çıxardığı qərar Rusiyanın ürəyincə deyil. Rusiya anlayır ki, faktiki olaraq Ermənistan rəhbərliyi çaşqın vəziyyətdədir, ona görə də çox müdaxilə etmirlər. Amma reallıqda Rusiya Ermənistanda müəyyən dəyişiklikləri həyata keçirmək istəyir və prosesdə öz məqsədlərinə nail olmağa cəhd göstərir. Rusiyada  yaşayan erməni iş adamlarının bir araya gəlirlər və iqlibala çalışırlar. Rusiya Erməniləri İttifaqının (SAR) sədri Ara Abramyan İrəvana təmtəraqla gəldi, lakin ona hava limanında sərt yanaşma tətbiq olundu. Abramyan İrəvanda bəyanat verdi ki, Ermənistanın acınacaqlı vəziyyəti Paşinyan hökümətinə  görədir və hakimiyyət dəyişməlidir. Bu isə birbaşa inqilaba çağırış idi. Ermənistan daxilində olan proseslər də göstərir ki, Paşinyan hökümətinə qarşı səfərbərlik özünəməxsus tərzdə gedir. Bir neçə şəhərdə müxalifətin nümayəndələri qələbə çalıblar. Bütün bunların səbəbi Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa hesablanıb”.


Ekspert qeyd edib ki, bizim üçün vacib olan isə revanşizmin baş qaldırmasıdır:

“Robert Köçəryan, Serj Sarkisyan meydandadırlar və öz maraqlarını gizlətmirlər. Onlar ciddi cəhdlə Ermənistanda dövlət çevrilişi həyata keçirməyə çalışırlar. Bu çox çətin prosesdir, ola bilsin ki, qansız başa gəlməsin. Çünki hüquq mühafizə orqanlarının bir çoxu Paşinyanı dəstəkləyirlər. Paşinyan üçün əsas problem ərtafındakı adamların müxtəlif qütblər qulluq etməsidir. Paşinyan daha ehtiyatlı davransa da, Simonyan parlamentin sədri olaraq sərt davranış sərgiləyir. Bu isə Simonyanın, Paşinyanın razılığı olmadan heç vaxt sərt bəyanatlar verməyəcəyinə işarədir. Belə olan halda təbii ki, Rusiya maksimum dərəcədə prosesləri tezləşdirməyə səy göstərəcək. Rusiya sübut etməyə çalışacaq ki, Ukraynaya başının qarışmasına baxmayaraq Ermənistanda özünəməxsus hərəkətlənmələrə icazə verməyəcək. Fikrimcə, Kopirkin güclü diplomatdır və vəzifəsini həvəslə yerinə yetirən şəxsdir. Kopirkinin mövqeyi isə Ermənistan daxilindəki qüvvələrin xoşuna gəlmir. Paşinyanın gözləntisi Qərb insitutlarının ona dönüş çıxmamasından ibarətdir. Hesab edirəm ki, yenidən Qərb və Şərq qarşıdurmasının şahidi olacayıq. Lakin yeni dönəm Ermənistan üçün heç də yaxşı olmayacaq. Belə olan halda hakimiyyət dəyişikliyinin olması mümkündür. Bunun isə Azərbaycan üçün heç bir fərqi yoxdur. Ermənistan anlamalıdır ki, Azərbaycanın şərtləri qəbul olunacaq, Zəngəzur dəhlizi istədiyimiz formada açılacaq və Qərbi Azərbaycana qayıdış baş tutacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 May 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see155

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see143

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see135

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see131

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see131

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri