Icma.az
close
up
RU
Rusiya Ermənistanda hakimiyyəti dəyişməyə hazırlaşır ŞƏRH

Rusiya Ermənistanda hakimiyyəti dəyişməyə hazırlaşır ŞƏRH

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Moskvanın tək kilsə deyil, oliqarx planı da var

Turab Rzayev: "Paşinyan artıq geri çəkilə bilməz"

Rusiya hakimiyyəti Ermənistanda Kilsə xadimlərinə açıq şəkildə "sizinləyik", "bizim üçün vacibsiniz" mesajı verir. Moskva diaspora, kilsə layihələri və mədəni və dini təşəbbüslər vasitəsilə Ermənistanda Kilsə strukturlarını dəstəkləyir və bununla da təsir şəbəkəsi yaradır. Kremldən təlimat gələn kimi din xadimləri kilsələrdə, ümumi yığıncaqlarda Nikol Paşinyanın siyasətini tənqid edirlər. Xüsusən 2026-cı ildə keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca, Rusiya Apostol Kilsəsini Paşinyan hökumətinə qarşı təzyiq alətinə çevirib. Bu təzyiq ideoloji platforma, kilsə vasitəsilə hökumətə qarşı ictimai təzyiqin yaradılması kimi formalarla ortaya çıxır. Bunun fərqində olan İrəvan hökuməti də Kilsəyə qarşı mübarizəni gərginləşdirib. Paşinyan öz yaxın çevrəsində Kilsə rəhbərliyinə qarşı genişmiqyaslı planın hazırlandığını bildirib. "Joxovurd" nəşri yazıb ki, Paşinyanın komandasına xidmət edən xüsusi "ruhanilər qrupu" formalaşdırılıb və onların üzərinə konkret tapşırıqlar qoyulub. Bu şəxslər daxili müzakirələr zamanı erməni katolikosunun ətrafında olan adamları, kilsədə gedən kampaniyanı və yaxın günlərdə artacaq təzyiqləri gündəmdə saxlamalıdırlar. Məlumata əsasən, yaxın günlərdə ruhanilərə qarşı təqiblər daha da artacaq və katolikosa qarşı çıxmaq üçün yeni "birlik" yaradılacaq. Həmin birliyə Kilsədən kənarlaşdırılmış Stepan Asatryan (Ter Aram) rəhbərlik edəcək. İddialara görə, Asatryan hakimiyyətdən bütün təminatları alıb və prosesə açıq şəkildə rəhbərlik etməlidir. 

Politoloq Turab Rzayev Sherg.az-a açıqlamasında deyib ki, Rusiya Ermənistanda hakimiyyəti dəyişdirmək üçün bir neçə istiqamətdə təzyiqlər hazırlayıb. Ekspertə görə, bunlardan biri köhnə müxalifətin konsolidasiya edilməsidir: "Bu, Rusiyanın hər zaman əl atdığı üsullardan biridir. Rusiyaya bağlı köhnə müxalifəti Ermənistanda "Qarabağ klanı" adlandırırlar. Koçaryan-Sarkisyan dəstəsi Azərbaycan ərazilərinin işğalı hesabına Ermənistanda hakimiyyəti ələ keçirmiş cinayətkar dəstədir. Rusiya çalışır ki, seçki öncəsi bunların siyasi ayaqlarını bir araya gətirsin. Ona görə də ortaya müxtəlif namizədlər, siyasi fiqurlar atır. Digər müxalif ayaq isə Kilsədir. Rusiya revanşist müxalifətlə yanaşı, son dönəmdə Kilsədən də aktiv istifadə edir. Əslində, Kilsə Moskvanın sonuncu kartıdır. Rusiya Kilsədən daha əvvəldən istifadə etməyə başlayıb. Keşiş Baqrat Qalstanyanın başçılıq etdiyi etiraz aksiyası da bunun tərkib hissəsi idi. Hazırda Paşinyan-Kilsə mübarizəsi açıq düşmənçilik həddindədir. Kilsə rəhbəri Paşinyanı "bidətçi", "kafir" sayır. Paşinyan da buna qarşılıq olaraq II Qareginin dindən kənar şəxs olduğunu deyir, onu ağır formada təhqir edərək oturduğu taxtı murdarladığını söyləyir. Kilsə ilə Paşinyanın barışığı artıq mümkün deyil. Ancaq məsələ ondadır ki, Kilsəyə Ermənistanda rəğbət hələlik çox böyükdür. Adətən, əhalinin 95 faizi Kilsəyə öz dəstəyini ifadə edib. Paşinyan isə baş nazir kimi seçicilərin 40 faiz etimadını ancaq toplaya bilər. Ona görə də Kilsə öz gücündən, nüfuzundan istifadə edərək sonadək Paşinyana qarşı mübarizəni davam etdirəcək. Amma Paşinyan da artıq geri çəkilə bilməz. Çünki Kilsənin Rusiya və revanşistlərlə birlikdə ona qarşı ciddi cəbhə formalaşdırdığının fərqindədir. Baş nazir də çalışır ki, Kilsədə özünə yaxın yepiskoplardan alternativ güc yaratsın, Kilsəni daxildən parçalasın. Paşinyan II Qareginlə deyil, başqa yepiskoplarla dini ayinlərə qatılır".

Analitik qeyd edib ki, Rusiyanın Paşinyan hökumətinə qarşı istifadə etdiyi siyasi xətlərdən biri də oliqarx planıdır: "Moskva fərqli ölkələrdə bunu uğurla tətbiq edib. Yəni "xeyirxah Məsih" obrazında bir fiqur yaradırlar, o da kasıb insanlara yardım edir, əl tutur, sonra seçkilərə qatılaraq qalib gəlir. Ruben Vardanyan da Qarabağ üzərindən ortaya atılmış oliqarx planı idi. Vardanyan artıq aid olduğu yerdə, həbsdədir. Bu cəhdi uğursuz olan Rusiya birbaşa Ermənistan üzərindən Samvel Karapetyan fiqurunu gündəmə gətirdi. Paşinyan da bunun fərqindədir, məhz ona görə, S.Karapetyanı həbsə atdı. İstər-istəməz Paşinyan tərəfdarları arasında da göz yorğunluğu yaranmaqdadır. Paşinyan artıq xeyli müddətdir hakimiyyətdədir. Bir sıra önəmli addımları olsa da, söz verdiyi məsələlərin çoxunu reallaşdıra bilməyib. Məsələn, Paşinyanın "Qarabağ əvəzinə daimi sülh" vədi hələ həyata keçirilməyib. Türkiyə ilə də sərhədlər açılmayıb. Hələlik ortada sülh, sərhədlərin və kommunikasiyaların açılması, ticari tərəfdaşlıq olmadığı üçün ermənilər bunların bəhrəsini görmür. Sosial təminat da yaxşılaşmır. Təbii ki, bunlar üçün bir neçə il, hətta onillər lazımdır. Ancaq seçici buna baxmır və tez zamanda vədlərin reallaşmasını istəyir. Yəni qısa zamanda "Avropa ölkəsinə" çevrilməyi arzulayırlar. İqtisadi möcüzələr gözləyirlər. İqtisadi məsələdə Paşinyana ümidlər özünü tam doğrultmayıb". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Noyabr 2025 07:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see302

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see293

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see263

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see243

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see192

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see190

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see172

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see158

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see145

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see143

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see141

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see138

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see128

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see126

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see125

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri