Icma.az
close
up
RU
Rusiya Ermənistanı Qərbə inteqrasiyadan çəkindirə biləcəkmi?

Rusiya Ermənistanı Qərbə inteqrasiyadan çəkindirə biləcəkmi?

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın Qərblə siyasi və təhlükəsizlik əlaqələrini genişləndirməsi fonunda İrəvan-Moskva münasibətlərində gərginlik son illərdə daha da dərinləşib. Paşinyan hökumətinin Avropa istiqamətində atdığı addımlar Rusiyanın Ermənistan üzərindəki ənənəvi təsir imkanlarının zəifləməsi ilə müşayiət olunur. Bununla belə, Ermənistanın Rusiya ilə iqtisadi, enerji və təhlükəsizlik sahələrində mövcud əlaqələri Moskvanın təsir rıçaqlarının tamamilə tükənmədiyini göstərir.
Bəs Rusiya bundan sonra Ermənistanın Qərbə inteqrasiya siyasətinə təsir göstərmək üçün hansı siyasi, iqtisadi və enerji rıçaqlarından istifadə edə bilər? Moskvanın mümkün təzyiq addımları İrəvanın Qərbə inteqrasiya kursunu zəiflədəcək, yoxsa əksinə, Ermənistanı Rusiyadan daha sürətlə uzaqlaşdıracaq?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, bu gün Ermənistan-Rusiya münasibətlərində baş verənlər gözlənilməz və təəccüblü deyil.

Onun sözlərinə görə, Ermənistanın əslində Qərbə inteqrasiya yönümündə apardığı siyasət bütün detalları ilə ortadadır.
"Ermənistan qərarlı şəkildə Rusiyanın orbitindən uzaqlaşmaq, iqtisadi, ticarət, təhlükəsizlik və müdafiə istiqamətlərində çoxşaxəli siyasət aparmağa meyllənir. Bu isə o deməkdir ki, Ermənistan indiyədək üstünlük verdiyi xarici siyasətdə Rusiya xəttinə ya balans qoşmağa hazırlaşır, ya da Rusiya xəttinin çəkisini Qərblə müqayisədə əhəmiyyətli dərəcədə aşağı salmağa çalışır. Ermənistanın KTMT-dən çıxması, Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyəti, habelə Avropa Birliyi ilə yaxınlaşması, NATO ölkələri ilə inteqrasiyası, ABŞ və Rusiyanın xoşlamadığı digər ölkələrlə daha yaxından təmaslara getməsi mövqeyi tamamilə aydındır və burada gizli bir şey yoxdur. Əslində Rusiya Ermənistanın son bir neçə ildə bu istiqamətdə hansı kursu aparacağını çox yaxşı bilir və indiyədək biz bir neçə formada Rusiyanın Ermənistana göstərdiyi təzyiqləri görmüşük. Rusiyanın hazırda Ermənistana qarşı atdığı cavab xarakterli addımlar gələcəkdə nələrin baş verə biləcəyini təxmin etməyə imkan verir. Aydın məsələdir ki, Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxacaqsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxacaqsa, Avropa Birliyinə üzvlüklə bağlı prosesə rəsmi qaydada start verəcəksə, buna uyğun olaraq Rusiyanın müəyyən addımları olacaq. İndiyə qədər düşünürdülər ki, Rusiya hərbi təzyiq rıçaqlarına əl ata bilər. Amma biz görürük ki, Rusiya nəinki hərbi təzyiq alətlərinə əl atmaq fikrində deyil, əksinə, Putin səviyyəsində 102-ci bazanın belə Ermənistanın istəyəcəyi təqdirdə Ermənistandan çıxarıla biləcəyinə eyham vurulub. Digər tərəfdən, Rusiya Ermənistanın iqtisadi, investisiya və ticarət sahələrindəki asılılıq rıçaqları vasitəsilə təzyiq göstərməyə daha çox meyllənir. Hazırda Rusiya Ermənistanın çox asılı olduğu bir sıra istehsal məhsullarının alışını məhdudlaşdırır. Ermənistanın digər iqtisadi təzyiq rıçaqlarının işə salınacağı ilə bağlı da müzakirələr aparılır. Əgər Ermənistan Rusiyanın xarici siyasətdə xoşuna gəlməyən istiqamətdə addımlarını davam etdirsə, Rusiyanın təzyiqləri özünü bir neçə istiqamətdə göstərəcək. Birinci növbədə, Ermənistanın enerji təminatında problemlər yaranacaq. Ermənistan bu sahədə Rusiyadan asılıdır. Ermənistanın Avrasiya iqtisadi məkanındakı güzəştli ticarət imkanları və rüsumlardan azad olma imkanları məhdudlaşdırılacaq. Ermənistanın dəmir yollarının Rusiyadan asılı olduğunu nəzərə alsaq, bu istiqamətdə də Ermənistana böyük çətinliklər yaradılacaq".
O, əlavə edib ki, hazırda Ermənistan həyati əhəmiyyətli bir sıra məhsulları taxıl, qaz, yanacaq və digər resursları əsasən Rusiyadan alır və Moskva bu istiqamətlərdə İrəvana təzyiq rıçaqlarından istifadə edə bilər.
"Ciddi təzyiq üsullarından biri də Ermənistanda Rusiyayönümlü ictimai və siyasi qüvvələrin hərəkətə gətirilməsi ola bilər. Siyasi qüvvələrin hərəkətə gətirilməsi üçün o qədər də geniş perspektivlər görmürəm, çünki Rusiyayönümlü əsas fiqurlar sayılan Köçəryan, Sarkisyan və Karapetyan hazırda həbsdədirlər və ciddi basqı altındadırlar. Onların ölkədə Rusiyayönümlü siyasi təlatümlər yaratmaq imkanları məhduddur. O ki qaldı ictimaiyyət vasitəsilə təzyiq göstərilməsinə, bu yöndə də Rusiyanın siyasətinə ciddi dəstəyin ola biləcəyi hələlik görünmür. Ən azı onu söyləmək mümkündür ki, Ermənistan cəmiyyətində Rusiyanın siyasəti ilə həmrəy olmaq istəyən kəsimin hansı gücə malik olduğu hələ özünü göstərməyib. Daha doğrusu, Ermənistan cəmiyyətində Rusiyayönümlü olanların hansı gücə malik olduğu hələ görünmür", - deyə Aydın Quliyev fikrini tamamlayıb.  
Nuray Paşşanlı
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Sentyabr 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri