Icma.az
close
up
RU
Rusiya, Əsəd, terrorçular... Colani Ərdoğan görüşündə nələr müzakirə olunacaq?

Rusiya, Əsəd, terrorçular... Colani Ərdoğan görüşündə nələr müzakirə olunacaq?

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Suriyanın müvəqqəti Prezidenti Əhməd əl-Şaraa (Məhəmməd Colani) Türkiyəyə səfər edəcək. Onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılır. 

Maraqlıdır, Ərdoğanla hansı məsələlər müzakirə oluna bilər? 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri deyib ki, görüşdə əsas məqsəd iki dövlət arasında münasibətlər sistemini konkret hansı qaye üzərində qurmaqdan ibarətdir:

“Bu konteksdə, Türkiyənin burada aparıcı rolu xüsusi vurğulanmalıdır. Çünki Suriya bir dövlət olaraq yenidən qurulur və bu təməl üzərində verilən qərarlar o qədər doğru olmalıdır ki, Suriyanı gələcəyə, ədalətə daşımalı, bütün toplumu qucaqlaya bilməlidir. Bu gün Suriyanın əsas ehtiyacı olan məsələ məhz bu dövlətçilik ənənəsi olan Türkiyənin Suriyaya yardımıdır. Yəni idarəetmədə strukturlaşma və doğru kadr seçimi, eyni zamanda iqtisadi, siyasi, hüquqi cəhətdən dövlətin ayaqda dura bilməsi, müasir dünya nizamına uyğun inkişaf edə bilməsi üçün Türkiyəyə ehtiyacı var. Düşünürəm ki, bu məsələlər zaman-zaman müzakirə olunsa da, dövlət başçıları səviyyəsində görüş zamanı istiqamətlər müəyyənləşdiriləcək. Paralel, Suriyanın bütöv dövlət olaraq var olma məsələsi, yəni ərazi bütövlüyü və suverenliyinin təmin olunması üçün atılacaq addımlar ciddi müzakirə predmeti olacaq. Çünki bu gün Suriyada bəzi Əsədə bağlı ünsürlər hələ də terror hadisələri törətməkdə, müəyyən qarışıqlıq salmaqda davam edirlər. Eyni zamanda Suriyanın şimal şərqində bir də PKK-ya bağlı terrorçu ünsürlər var ki, onlar Qərbdə, xüsusilə ABŞ-dən ciddi dəstək görürlər. Ona görə də PKK-nın Suriya qolu olan YPG –nin qeyri-şərtsiz silahlarını təhvil verməsi, onların Suriyanı tərk etməsi kimi məsələlər müzakirə olunacaq. Bu yöndə artıq terrorçu ünsürlərlə Suriyanın yeni hökuməti arasında danışıqlar aparılır”.

Müsahibimiz qeyd etdi ki, Türkiyə də bütün terrorçu qüvvələrin silahlarını təhvil verərək ölkəni tərk etməsini istəyir:

“İstəyir İŞID, istəyir PKK, istəyir Əsədə bağlı ünsürlər olsun – Türkiyə onların birdəfəlik Suriyada ləğv olunmasını və Suriyanın şimalında Türkiyənin təhlükəsizliyinin təhdid edilməsi məsələsini aradan qaldırmaq istəyir. Bu məsələlər ciddi müzakirə ediləcək. Nəhayət, Türkiyənin Suriya ərazisində hərbi bazalar yaratması məsələsi gündəmdədir. Çünki Suriya ordusunun formalaşması üçün ciddi instutsional hərbi yöndə Ankaranın dəstəyinə ehtiyac var. Bu ordu əsgərlərinin təlim keçməsi, müasir silahlarla təchiz olunma, o vaxta qədər də Suriya ərazisinin təhlükəsizliyini təmin etmək üçün Türkiyənin bu ölkədə varlığı lazımdır. Danışıqlarda bu da masaya yatırılacaq. Hətta ərəb mediasının verdiyi məlumatlara görə, Türkiyənin 50-yə qədər F16 qırıcısının Suriya ərazisində yerləşdirilməsi ilə bağlı məsələlər gündəmdədir. Bu da o deməkdir ki, heç bir ölkə artıq cəsarət edib Suriyanın ərazilərini bombalaya bilməyəcək. Fikrimcə, burada kompleks məsələlər var – iqtisadi, siyasi, hərbi, mədəni, mənəvi, psixoloji...Təbii ki, bu məsələlərin həlli üçün zamana ehtiyac var”.

N.Miri bildirdi ki, indiki vəziyyətdə Suriyanın idarə olunması, bütün dövlətlərlə ən yüksək səviyyədə münasibətlər qurması üçün müvəqqəti də olsa, hər kəsin razı olduğu bir dövlət başçısına ehtiyac var:

“Şaraanın Türkiyəyə səfəri öncədən planlaşdırılmış olsa da, məhz onun dövlət başçısı elan olunmasından sonra bunun həyata keçirilməsində Türkiyənin də ciddi maraqları olub. Çünki Rəcəb Tayyib Ərdoğan qonşu dövlətin rəhbəri ilə görüşmək istəyib. Paralel, Ramazan öncəsi Türkiyə dövlət başçısının Suriyaya səfəri planlaşdırılır. Burada da Ərdoğanı Suriyada bir dövlət başçısı qarşılayacaq. Bunlar hamısı düşünülmüş siyasətin tərkib hissəsidir. O ki qaldı Əsədin geri qaytarılması məsələsi, əlbəttə, buna da münasibət bildiriləcək, tərəflərin fikirləri ortaya qoyulacaq. Bu, təkcə Əsəd məsələsi olmayacaq. Hətta Tartusda Rusiyanın hərbi bazaları da ciddi müzakirə predmenti olacaq”.

Günay Rəsulqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sfera.az
archiveBu xəbər 04 Fevral 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri