Icma.az
close
up
RU
Azərbaycan Prezidenti Türkiyəyə gedir: Əliyev Ərdoğan görüşündə nələr müzakirə olunacaq?

Azərbaycan Prezidenti Türkiyəyə gedir: Əliyev Ərdoğan görüşündə nələr müzakirə olunacaq?

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Prezident İlham Əliyevin Türkiyəyə səfəri Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq regionunda görünməmiş hadisələrin baş verə biləcəyi ehtimalları fonunda əhəmiyyətlidir”.

Bu barədə Bakıvaxtı.az-a siyasi şərhçi Aqşin Kərimov bildirib.

Onun sözlərinə görə, Ağ Ev Donald Tramp administrasiyası ilə ABŞ-nin xarici siyasət strategiyasını dəyişikliyə məruz qoyur. Bunun qlobal və regional səhnələrə saldığı işığın nəyi necə aydınlaşdıracağı isə meydana suallar çıxarır:

“Çünki Trampın Ukraynadakı müharibənin həlli üçün Ağ Ev-Kreml ikitərəfli əlaqələrini yeniləməsi müxtəlif regionlar üzrə ABŞ ilə Rusiyanın qarşılıqlı güzəşt diaopazonunu müəyyənləşdirir.

İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan birinci növbədə Rusiya-ABŞ əlaqələrinin mümkün nəticələrini konseptual olaraq müzakirə edəcəklər. Başqa yandan Tramp və onun komanasının qlobal iqtisadi mülkiyyətlər üzərində çalışması isə ABŞ-nin Türk Dövlətləri Təşkilatına da diqqətini artıracaq. Çinin bu fonda ABŞ-Rusiya əlaqələrinə və Trampın “iqtisadi millətçiliyinə” qarşı reaksiyasının yarada biləcəyi faktiki konyunktura Əliyevlə Ərdoğanın diqqət mərkəzindədir.

İkinci növbədə, Ağ Evin siyasətinin Cənubi Qafqazdakı dinamikalara təsirlərə müzakirə predmeti olacaq və bu əsnada Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyinə dair yeni ideyalar meydana çıxa bilər”.

Müsahibimiz qeyd edib ki, üçüncü, Türkiyənin onilliklər ərzində Türkiyə dövlətinə qarşı həm daxildə, həm xaricdə, o cümlədən Suriya və İraqda döyüşən PKK-nın tərksilah edilməsi barədə çağırışlar Bakı-Ankara strateji ittifaq trafikində geniş müzakirə portfeli yaradır:

“Çünki onillərdir İmralıda həbsxanada olan Abdullah Öcalanın PKK-nın silahı yerə qoyması barədəki çağırışı Türkiyə xarici siyasəti üçün heyrətamiz dönüş nöqtəsi təqdim edir.

Ona görə ki, PKK terror təşkilatından qaynaqlanan gərginliklər onilliklər ərzində Türkiyənin, Yaxın Şərq, hətta Cənubi Qafqazda təhlükəsizlik axtarışlarında maneələr yaradıb. İndi isə PKK-nın Türkiyənin qətiyyətli və prinsipial siyasəti nəticəsində geosiyasi kart kimi xarakterini itirməsi Bakı-Ankara müttəfiqlik münasibətlərinin yenidən nəzərdən keçirilməsini aktuallaşdırır”.

Aqşin Kərimov, politoloq

A.Kərimov hesab edir ki, İlham Əliyevin səfəri daha geniş müstəvidə bir neçə məsələ baxımından önəmlidir:

“Birincisi, Azərbaycanla Türkiyə ABŞ-nin Cənubi Qafqazda öz maraq dairəsindən bir hissəni Rusiyaya “təhvil” verə bilməsini təhlil edir. Bu, Azərbaycanla Türkiyənin həm Rusiya, həm də ABŞ ilə münasibətlərində yeni xətt təşkil edə bilər. Bu kontekstdə Azərbaycan-Ermənistan əlaqələrinin yeni düzənə uyğunlaşdırılması Əliyevlə Ərdoğanın müzakirəsində tərtib olunacaq.

İkincisi, Rusiya ABŞ-nin Ukraynadan əlini çəkmməsi fonunda Yaxın Şərqdə Vaşinqtona güzəşt dairəsi “tanıya” bilər. Bu da Vaşinqton-Moskva sövdələşmələri fonunda həmin regionda Türkiyə və Azərbaycanın müştərək strateji maraqları üçün çağırışlar yaradacaq. Azərbaycan və Türkiyə liderləri bunun Suriya konteksti ilə bərabər, İrana təsir mövzuları, bütövlükdə isə proseslərin Cənubi Qafqazdakı reallıqlara adekvatlığını müzakirə edəcək.

Üçüncüsü, PKK-ya bağlı bütün kürd qruplar Öcalanın tərksilah və dağılma çağırışına əməl etsələr, bu, qırx ildən artıqdır davam edən münaqişədə Türkiyənin böyük bir qələbəsi olacaq”.

Həmsöhbətimizin qənaətincə, PKK-nın Suriya və İraq filialları Öcalanın mesajını Yaxın Şərqdə silahlı kürd koalisiyaları üçün qəbuledilməz hesab edir:

“Bu baxımdan Türkiyə İraq və Suriyada PKK filiallarının artan hücumları ilə üzləşə bilər, hərçənd ki, Ankara böyük ölçüdə PKK qanadlarını da sındırır. Azərbaycanla Türkiyə Öcalanın bəyanatından sonra uyğun hərəkət etmək üçün mərhələli yol xəritəsi hazırlayacaqlar”.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ankaraya səfər edəcək.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun sosial şəbəkədə bildirib. Onun sözlərinə görə, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Mart 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see251

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see206

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see184

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see150

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see137

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see137

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see137

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see125

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri