Icma.az
close
up
RU
Rusiya “Euroclear” bankına qarşı iddia qaldırıb

Rusiya “Euroclear” bankına qarşı iddia qaldırıb

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, RMB-nin bəyanatında bu aktivlərin “birbaşa və ya dolayı yolla istifadəsi” üçün hər hansı mexanizmlərin qeyri-qanuni və beynəlxalq hüquqa, o cümlədən suveren toxunulmazlıq prinsiplərinə zidd olduğu deyilir.
“BMT-yə üzv dövlətlərin ərazisində məhkəmə qərarlarının sonradan icrasına nail olmaq üçün bütün mövcud səlahiyyətli instansiyalarda aktivlərin razılaşdırılmamış istifadəsi ilə bağlı istənilən hərəkətlərə qeyd-şərtsiz etiraz edəcəyik”, - bəyanatda vurğulanır.
RMB, eyni zamaanda, dondurulmuş Rusiya aktivlərinin əsas hissəsinin saxlandığı Belçikanın “Euroclear” bankına qarşı Moskva Arbitraj Məhkəməsində iddia qaldırdığını açıqlayıb. RMB Belçika bankını qanunsuz hərəkətlərdə günahlandırır və dəymiş ziyanın ödənilməsini tələb edir.
İddianın məbləği və digər detallar açıqlanmır. Məlumatda qeyd olunur ki, “Euroclear” bankının hərəkətləri RMB-yə məxsus vəsaitlərin və qiymətli kağızların idarə olunmasına imkan verməyib.
“Financial Times (FT)” nəşri, öz növbəsində, Böyük Britaniya banklarının bu ölkədə saxlanılan bəzi dondurulmuş Rusiya aktivlərinin istifadəsinə etiraz etdiklərini diqqətə çatdırıb. Səbəb kimi hökumətin Moskvanın mümkün cavab tədbirləri ilə bağlı təminatlarının olmaması göstərilir.
- Bankların nümayəndələri aktivlərin Ukraynaya kredit üçün girov kimi istifadə ediləcəyi təqdirdə ciddi hüquqi risklərdən ehtiyatlanırlar. Böyük Britaniya yeni presedent yaradır, çünki bu cür tədbirlər indiyədək tətbiq olunmayıb və Rusiyanın onlara məhkəmədə etiraz edəcəyi gözlənilir”, - mənbələrə istinad edən qəzet yazır.
Belçika Aİ-ni məhkəmə ilə hədələyib Böyük bankların müşavirlərdindən birinn sözlərinə görə, bu, mahiyyət etibarı ilə kredit deyil, əvəzsiz köçürmədir və defolt ehtimalı son dərəcə yüksək qiymətləndirilir. Banklar Rusiya ilə məhkəmə prosesinin baş verəcəyi tərzdə, dövlət dəstəyi ala bilməyəcəklərindən qorxurlar.
Təxminən səkkiz milyard funt sterlinq (təxminən 9,3 milyard avro) dəyərində Rusiya aktivlərinin bir hissəsini saxlayan Böyük Britaniya banklarının dəqiq adları açıqlanmır - bu məlumat ciddi məxfi məlumat sayılır.
Xatırladaq ki, Avropa Komissiyası (AK) Rusiyanın Avropa İttifaqında (Aİ) dondurulmuş aktivləri hesabına Ukraynaya “təzminat krediti”nin ayrılması və ya həmin pulların əbədi dondurulması barədə dekabrın 18-də keçiriləcək sammitdə qərar verməyi planlaşdırır. Məhz “Euroclear” bankının yerləşdiyi Belçikanın baş naziri Bart de Vever müəyyən şərtlərə əməl olunmadan Rusiya aktivlərinin bu və ya digər şəkildə müsadirə edilməsinə qəti etirazını bildirir. O, hətta AK-nin təkid göstərəcəyi halda Aİ-ni məhkəmyə verə biləcəyi ilə hədələyib.
RMB-nin “Euroclear” bankına qarşı məhkəmə iddiası isə, böyük ehtimalla, artıq Rusiya aktivlərinin yerləşdirilməsindən götürülən gəlirlərin artıq Ukraynaya ötürülməsi ilə bağlıdır.
Belə ki, 2024-cü il noyabrın 1-dən 2025-ci il oktyabrın 31-dək Kiyev Qərbdən silah tədarükü istisna olmaqla 52 milyard dollar alıb ki, bunun da 22,9 milyard dolları Rusiyanın Qərbdə dondurulmuş aktivləri üzrə faizlərdir.
Bu vəsait Avropa İttifaqı (Aİ) və G7 ölkələrinin “ERA” proqramı çərçivəsində Rusiya aktivlərinin faizləri hesabına ödənilməli olan ümumi 50 milyard dollarlıq yardımın bir hissəsidir. Bu proqram çərçivəsində Ukraynaya daha 20 milyard dolları ABŞ ayırmalı idi. Lakin Amerika lideri Donald Tramp Ukraynaya birbaşa maliyyələşdirməni dayandırıb.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://azvision.az
archiveBu xəbər 12 Dekabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see318

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see217

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see166

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see136

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri