Icma.az
close
up
RU
Rusiya Mərkəzi Bankı “Euroclear”ə qarşı iddia qaldırdı Moskva Arbitraj Məhkəməsinə müraciət edilib

Rusiya Mərkəzi Bankı “Euroclear”ə qarşı iddia qaldırdı Moskva Arbitraj Məhkəməsinə müraciət edilib

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiya Mərkəzi Bankı Belçikanın beynəlxalq qiymətli kağızlar depozitariyası olan “Euroclear”ı məhkəməyə verib. Bankın mətbuat xidmətinin məlumatına görə, Moskva Arbitraj Məhkəməsinə təqdim olunan iddia “Euroclear”in “qanunsuz hərəkətləri” və Avropa Komissiyasının Rusiyaya məxsus dondurulmuş aktivlərin istifadəsi ilə bağlı müzakirələri fonunda irəli sürülüb.

Mərkəzi Bank bildirir ki, “Euroclear”in atdığı addımlar nəticəsində Banka məxsus vəsaitlər və qiymətli kağızlar üzərində sərəncamvermə imkanları məhdudlaşdırılıb və bu, “qurumun maraqlarına zərər vurub”.

Hadisə, Avropa İttifaqı ölkələrinin daimi nümayəndələrinin Rusiya aktivlərinin uzunmüddətli – faktiki olaraq müddətsiz – dondurulmasına aparan proseduru başlatmaq barədə dünən verdiyi qərardan sonra baş verib. Bu addım Ukraynaya veriləcək “reparasiya krediti”nin təminatı kimi Rusiya aktivlərindən istifadəyə doğru ilk mərhələ hesab olunur. Planlara əsasən, Ukrayna gələcəkdə bərpa işlərinə görə Rusiyadan alınacaq vəsait hesabına kredit öhdəliklərini ödəməlidir.

Aİ-də mövzu ilə bağlı müzakirələr davam edir. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen prosesin hüquqi cəhətdən mürəkkəb olduğunu, lakin Ukraynaya dəstək üçün alternativ yolların axtarıldığını bildirib.

Rusiya Mərkəzi Bankı isə bəyan edir ki, “Banka məxsus aktivlərin razılaşdırılmamış istifadəsi qanunsuzdur və beynəlxalq hüququ, o cümlədən suveren immunitet prinsipini pozur”.

“Euroclear”in yerləşdiyi Belçika rəsmi olaraq Rusiya aktivlərinin istifadəsinə qarşı mövqeyini saxlayır. Baş nazir Bart de Vever qeyd edib ki, risklərin Aİ ölkələri arasında bərabər bölüşdürülməsi və adekvat maliyyə təminatlarının yaradılması əsas şərtlərdir. Brüsselin bu istiqamətdə əlavə tələblərinin olduğu da bildirilir.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:40
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Dekabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see375

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri