Rusiya FTX Moskva vilayətində strateji obyektə kütləvi dron hücumunun qarşısını alıb
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya güc strukturları Moskva vilayətində strateji müdafiə sənayesi obyektinə dron hücumunun və Müdafiə Nazirliyinin zabitlərinə qarşı terror hücumlarının qarşısını alıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
Bildirilib ki, “cinayətkar saxlanılıb və onunla əlbir olanlardan biri müqavimət göstərərkən öldürülüb”.
FSB partlayıcı qurğulu dronları daşıyan yükün Slovakiya, Polşa və Belarus vasitəsilə Moskva vilayətinə çatdırıldığını açıqlayıb.
"Moskva bölgəsinə çatdırılan keramika plitələri ilə dolu yükdə partlayıcı maddələrlə yüklənmiş otuz beş FPV tipli dron aşkar edilib. PUA-lar Rusiyaya göndərilməzdən əvvəl kamuflyaj edilib və yığılıb, yük isə nəzərdə tutulan hədəfin yaxınlığında icarəyə götürülmüş anqarda saxlanılıb", - FSB-nin məlumatında qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 14 İyul 2026 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















