ABŞ Britaniyadakı aviabazaya dron hücumunun qarşısını alıb
Icma.az bildirir, Ayna saytına əsaslanaraq.
ABŞ hərbçiləri noyabrın 13-də Böyük Britaniyada yerləşən “RAF Lakenheath” aviabazası üzərində müşahidə edilən altı pilotsuz uçuş aparatının qarşısını alıb.
AYNA.AZ “Financial Times” qəzetinə istinadən xəbər verir ki, insidentdə İranın əli ola biləcəyindən şübhələnilir.
Qəzetin məsələdən məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, ABŞ hərbçiləri pilotsuz uçuş aparatlarını dəf etmək üçün antidron texnologiyasından istifadə ediblər.
Bununla belə, dronların heç biri Britaniya və ya ABŞ hərbçiləri tərəfindən ələ keçirilməyib.
Böyük Britaniyanın Müdafiə Nazirliyinin nümayəndəsi “Reuters“ə açıqlamasında bildirib ki, Müdafiə Nazirliyinin Polisi ABŞ Hərbi Hava Qüvvələrinin təhlükəsizlik qüvvələri ilə birlikdə “RAF Lakenheath” bazasında icazəsiz dron fəaliyyəti barədə məlumatlara operativ reaksiya verib. Onun sözlərinə görə, vəziyyət qısa müddətdə nəzarətə götürülüb və aviabazada təhlükəsizlik tədbirləri normal rejimə qaytarılıb.
İnsident zamanı ABŞ Hərbi Hava Qüvvələrinin şəxsi heyəti naməlum dronların fəaliyyəti ilə bağlı tədbirlər görüb. Hərbi Hava Qüvvələrinin nümayəndəsi hadisə nəticəsində hərbçilərə, təyyarələrə və ya infrastruktur obyektlərinə hər hansı zərər dəymədiyini açıqlayıb.
Qeyd edək ki, sentyabr ayında ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi digər Britaniya aviabazası RAF Fairford ətrafında da təhlükəsizlik insidenti baş verib. ABŞ Prezidenti Donald Tramp ötən ay İranla əlaqələndirilən təhlükə səbəbindən B-1 tipli bombardmançı təyyarələrin bazadan çıxarıldığını bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 28 Noyabr 2026 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















