Icma.az
close
up
RU
Rusiya gizli planı açıqladı “Bölgə od tutub yanacaq, Zəngəzur...”

Rusiya gizli planı açıqladı “Bölgə od tutub yanacaq, Zəngəzur...”

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan hakimiyyətinin atdığı addımlar Zəngəzur dəhlizi məsələsini ağırlaşdırır.

Moderator.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın İarex.ru portalı yazır.

Sayt bildirir ki, Ermənistanın KTMT-dəki fəaliyyətini dondurması, Beynəlxalq Cinayətlər Məhkəməsinə üzv olması və qərbpərəst Baş nazir Nikol Paşinyanın Rusiyaya qarşı sərt bəyanatları İrəvan-Moskva əlaqələrini gərginləşdirib:

“Ermənistan Moskva ilə Qərb arasında mövqe tutmağa çalışır, hesab edir ki, öz maraqlarına uyğun olaraq, tərəflərin “oyun kartları” ilə oynaya biləcək. Ukrayna da təxminən 11 il əvvəl belə edirdi. Ermənistanla hərbi-texniki və digər əməkdaşlığı inkişaf etdirən Qərb onu Rusiya ilə qarşıdurma ssenarisinə aparır”.

Portal qeyd edir ki, Ermənistan Yaxın Şərqdən yaxınlaşan “sunami şoku” kontekstində də təhlükəli geosiyasi vəziyyətlə üzləşib:

“Bir çox erməni ekspert xəbərdarlıq edir ki, Yaxın Şərqdəki böhran sürətlə Ermənistanı cənginə ala bilər. Suriyada baş verənlər Ermənistan üçün həyəcan siqnalı olmalıdır. Türkiyə oradakı fəaliyyətini uğurla başa vursa, Zəngəzur dəhlizi problemi daha da ağırlaşacaq”.

Rusiya saytı iddia edir ki, Qərbdən Ermənistana “Xarici Hərbi Maliyyələşdirmə” (FMF) proqramı çərçivəsində maliyyə resurslarının verilməsi, qabaqcıl hərbi texnika və ən son texnologiyalara çıxışın asanlaşdırılması, ABŞ-la strateji əməkdaşlığın səviyyəsinin artırılması həm də Azərbaycanla müharibəyə hazırlıq çərçivəsində baş verir:

“Belə bir vəziyyətdə Qərb Gürcüstanda öz “oyun kartı”nı oynaya bilsə, Ermənistan Rusiya, Türkiyə, Azərbaycan və İranın geosiyasi dəyirmanına düşə bilər. O zaman bütün Cənubi Qafqaz od tutub yanacaq. Qərb Ermənistanda böyük oyun oynayır. Artıq bununla bağlı Rusiya Xarici Kəşfiyyat Xidməti xəbərdarlıq edib ki, Vaşinqton Ermənistanda qərbyönlü partiyaların 2026-cı ildə parlamentə daxil olması üçün hərəkətə keçib.

Məsələ budur ki, eyni vaxtda iki stulda oturmağa çalışan Paşinyana ABŞ tam etibar eləmir, buna görə də zamanla Moskvaya dönə bilər. “Gürcü Arzusu” Tbilisidə hakimiyyəti saxlayarsa, bunu istisna etmək olmaz, Ermənistanda böyük dəyişiklik başlayacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Dekabr 2024 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see177

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see142

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see137

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see133

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see132

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri