Icma.az
close
up
RU
“Rusiya həqiqətən “kağız ayı”dır”...

“Rusiya həqiqətən “kağız ayı”dır”...

Icma.az, Sia Az saytına istinadən bildirir.

Və bunun yalnız bir səbəbi var: Rusiyanı “kağız ayıya” çevirən Putin olub..?

...ABŞ prezidenti Donald Tramp bu yaxınlarda Rusiyanın “kağız pələng” olması fikrini ifadə edib.

Qeyd edək ki, bu termin bir vaxtlar Mao Tszedunun ABŞ və kapitalist dünyası üçün işlətdiyi termindir.

... SİA-nın məlumatına görə, Nyuarkdakı Rutgers Universitetinin politologiya professoru Aleksandr J. Motıl “The Hill” üçün yazdığı məqalədə Putinin mətbuat katibi Dmitri Peskovun reaksiyasına diqqət çəkib. O zaman Kremlin ruporu bəyan edirdi ki, “Rusiya heç bir halda pələng deyil” və ənənəvi olaraq ayı sayılır.

Gərək ki, yadınızda olar, Peskov bildirmişdi ki, “...kağız ayı yoxdur. Rusiya əsl ayıdır... Bu barədə kağız yoxdur”.

Motıl hesab edir ki, bu sözlər daha yaxından araşdırılmağa layiqdir. O, Peskovun mövqeyi ilə razılaşıb ki, əgər pələng dedikdə enerjili, güclü və vəhşi heyvan nəzərdə tutulursa, Rusiya pələng deyil.

...Professor izah edib ki, Rusiya diktatoru Putinin çoxsaylı səhvləri və axmaqlıqları ucbatından bugünkü Rusiya yorğun və zəifdir. Onu vəhşi adlandırmaq olar “yalnız o dərəcədə ki, dünyanı hələ də enerjili və güclü kimi göstərmək cəhdləri ilə qorxudur”.

...Peskov “Rusiyaya ənənəvi olaraq ayı kimi baxılır” deyərkən də haqlıdır. Putinin nümayəndəsinin qeyd edə bilmədiyi odur ki, ayı bənzətməsinin mənşəyi 16-cı əsrə gedib çıxır və o zamanlar Muskoviyə (...Qərb mənbələrində Rusiya dövlətinin siyasi və coğrafi adı-A.B.) səfər etmiş Qərbi Avropa səyyahları tərəfindən hazırlanıb. O dövrdə Muskoviyə gələn ingilis səyyahları onu “kobud və barbar krallıq” adlandırırdılar.

Bunu Motıl yazır və vurğulayıb ki, Rusiyanı ilk dəfə ayı ilə müqayisə edən Qərb olduğu üçün bu müqayisəyə müxtəlif dəyişdiricilər, o cümlədən “kağız” sözü əlavə etmək hüququ var.

Müəllif qeyd edib ki, əvvəllər ayı “pis və kinli və ya dost, itaətkar” kimi təsvir edilib.

...Və blə olan halda niyə bu gün onu yorğun və zəif görməyək.

Bunu sual edən müəllif əlavə edir ki, Peskovun iddialarına baxmayaraq, kağız ayılar həqiqətən mövcuddur.

Bundan əlavə, Amerika prezidentinin qeyd etdiyi kimi, Rusiya üç il əvvəl ayı kimi bir ölkənin qazanacağı müharibəni uduzur: “Əgər Rusiya həqiqətən də Peskovun təkid etdiyi kimi əsl ayıdırsa, bu, şübhəsiz ki, qrizli və ya Kodiak deyil, daha çox oyuncaq ayı və ya Mişadır - Rusiyanın 1980-ci il Moskva Olimpiadasındakı maskotu”.

...Üstəlik, Motılın qeyd etdiyi kimi, Rusiyanı “kağız ayıya” çevirən məhz Putin olub. Məhz Rusiya diktatoru Ukraynaya qarşı qalib gələ bilməyəcəyi və artıq bir milyondan çox insanın ölümü və yaralanması ilə nəticələnən müharibəyə başladı. Rusiya işğalçı qüvvələrinin Ukrayna ərazisini ələ keçirməsi demək olar ki, dayanıb. Bu arada Rusiya Ukrayna pilotsuz təyyarələrinin hücumları səbəbindən neft emalı gücünün dörddə birini itirib. Təcavüzkar ölkənin iqtisadiyyatı çökür və indi Rusiya hətta suveren defolt astanasında da ola bilər.

Üstəlik, Motıl əlavə edir ki, Rusiyada cinayətkarlıq kəskin şəkildə artıb. İnflyasiya və əhalinin narazılığı da çoxalmaqdadır.

Müəllif yazır ki, Putinin hamını qorxutduğu NATO genişlənib, Rusiyanın özü isə “Çin və Şimali Koreyanın vassalı” olub.

...Ukrayna çox güman ki, tezliklə Avropa Birliyinə qoşulacaq və beləliklə, Rusiya üçün əbədi olaraq itiriləcək. Putinin nailiyyətlərinin bu siyahısını asanlıqla uzatmaq olar, lakin bu qısa siyahı belə aydın göstərir ki, Putin üç il ərzində Rusiyanı kağız ayıya çevirib. Daha da pisi, bu kağız ayı ağır yaralanıb, bəlkə də ölümcül. Putinin hakimiyyətinin bir neçə ili isə, rus ayısını ördək ayısına çevə bilər...

Əli Babayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Oktyabr 2025 00:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see326

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see298

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see278

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see277

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see230

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see207

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see201

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see200

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see200

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see198

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see193

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see192

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see191

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see191

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see187

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see176

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see171

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see168

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see164

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri