Icma.az
close
up
RU
Rusiya hərbi istehsalda ABŞ və Avropanı üstələyir

Rusiya hərbi istehsalda ABŞ və Avropanı üstələyir

Icma.az, Reyting.az saytına istinadən bildirir.


“Rusiya tezliklə ABŞ və Avropanın birlikdə istehsal etdiyindən üç dəfə çox artilleriya mərmisi istehsal edəcək”.
Reyting.az
bildirir ki, belə bir xəbərdarlığı ABŞ-nın Avropadakı Müttəfiq Qüvvələrinin komandanı, general Kavoli Konqresdə deyib.
Kavoli Senatın Silahlı Qüvvələr Komitəsi qarşısında Rusiyada istehsalın kütləviliyindən söz açıb.
General qeyd edib ki, Vaşinqton Rusiyanın ayda təxminən 250 min artilleriya mərmisi istehsal edəcəyini gözləyir: “Bu, onu ABŞ və Avropanın birləşdiyindən üç dəfə böyük ehtiyatlar yaratmağa hazırlayır”.
Kavoli vurğulayıb ki, ABŞ və müttəfiqləri Rusiyanın getdikcə aqressiv davranışının qarşısını almaq üçün müdafiə əlaqələrini gücləndirməlidir. O, Ukraynaya qarşı müharibədə itkilərə baxmayaraq, Moskvanın ehtiyatlarını və döyüş qabiliyyətini artırmaq imkanından narahat olduğunu bildirib:
“Ukraynadakı döyüş meydanında əhəmiyyətli itkilərə baxmayaraq, Rusiya ordusu yenidən qurulur və əksər analitiklərin gözlədiyindən daha sürətlə inkişaf edir”.
General bildirib ki, Rusiya həm qoşun, həm də texnika ehtiyatlarını aktiv şəkildə bərpa edir: bura sursat, zirehli texnika və şəxsi heyət daxildir.
Komandan Konqresə verdiyi son hesabatda tank istehsalında Rusiyanın ABŞ-ı qabaqladığını bildirib. Moskvanın ildə 1500-ə yaxın, ABŞ-nın isə cəmi 135 tank istehsal edəcəyi gözlənilir: “Son bir il ərzində Rusiyanın Ukraynadakı quru qoşunları təxminən 3 min tank, 9 min zirehli texnika, 13 min artilleriya sistemi və 400-dən çox hava hücumundan müdafiə sistemini itirib, lakin onların hamısını əvəz etməyə hazırdır”.
General NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı kimi Ukrayna hərbçiləri ilə sıx əməkdaşlıq edir. “The New York Times” qəzeti yazır ki, o, Almaniyadakı gizli bazada müntəzəm olaraq ukraynalı general və komandirlərlə görüşür. Onun çıxışı Tramp administrasiyası daxilində ABŞ-nın NATO-dakı rolunun mümkün dəyişməsi, xüsusən Alyansın Avropadakı Birgə Qüvvələr komandanlığının qeyri-amerikalı nümayəndəyə verilməsi ilə bağlı debatla eyni vaxta düşüb. Bu mövqe ənənəvi olaraq ABŞ ordusuna məxsus olub.
ELÇİN
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 Aprel 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri