Icma.az
close
up
RU
“Rusiya hiss edir ki, onun Ermənistandakı dayaqları zəifləyir” Deputat

“Rusiya hiss edir ki, onun Ermənistandakı dayaqları zəifləyir” Deputat

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bir sıra dövlət rəhbərlərindən daxil olan təbrik məktubları bir daha göstərir ki, həmin dövlətlərin siyasi liderləri Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesini, xüsusilə də sülh müqaviləsinin imzalanmasına doğru gedən çox vacib mərhələni uğurlu şəkildə addımladıqlarını çox müsbət dəyərləndirirlər”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov Azərbaycan-Ermənistan arasında sülh paraflanması ilə bağlı digər ölkələrdən gələn təbriklərə və bu ölkələr arasında Rusiyanın olmamasından danışarkən bildirdi.

“Bu, nəticə etibarilə Cənubi Qafqaz bölgəsində dayanıqlı sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edən vacib nailiyyətlərdən biri hesab olunur. Əslində bu gözləniləndir ki, məsələ müxtəlif dövlətlərin, xüsusilə də, Cənubi Qafqaz bölgəsində siyasi məqsədləri olan ölkələr üçün maraqlı olsun. Ona görə ki, bu, onların geosiyasi və geoiqtisadi maraqlarının təmin olunmasından keçir. Bunun üçün də vacibdir ki, bölgədə sülh və əmin-amanlıq olsun, inteqrasiya layihələrinin həyata keçirilməsi üçün geniş imkanlar açılsın və nəticə etibarilə qarşılıqlı fayda prinsipi əsasında dövlətlər bu prosesdən maksimum yararlansın”.

Deputat əlavə etdi ki, praqmatik düşüncəyə malik siyasi liderlər məhz məsələyə müsbət yanaşırlar, çünki müharibə istənilən halda fəlakətdir, faciədir.

“Müharibə bir bölgəni yox, hətta qonşu bölgələri belə öz faciəvi təsirinə almaq iqtidarında olan bir fenomendir. Buna görə də bölgələrdə sülh və əmin-amanlıq hökm sürməsi olduqca vacibdir. Rusiya tərəfindən təbrikin gəlməməsi məsələsinə gəldikdə isə, düşünürəm ki, onlar hələ situasiyanı tam dərk edə bilmirlər. Digər tərəfdən, artıq ABŞ ilə Ermənistan arasında imzalanan bir sıra vacib sənədlər reallıqda Ermənistana əlavə siyasi dividendlər gətirir və müəyyən mənada bu, Ermənistanın Rusiya asılılığından azad olmasına səbəb ola bilər. Bu baxımdan, Rusiya hiss edir ki, onun Ermənistandakı dayaqları zəifləyir, proseslərdən kənarda qalır və Ermənistanın siyasi mühitinə təsir imkanlarını itirir. Buna görə də Rusiya bundan məmnun deyil. Amma real vəziyyət dəyərləndirilməlidir. Rusiya tərəfi bunu dəyərləndirməli və öz təbrikini etməlidir. Burada sual yaranır ki, bu yeni reallıq Rusiyanın Cənubi Qafqazla bağlı planlarına nə kimi faydalar gətirə bilər? Praqmatik düşüncəyə malik olduqda, Rusiya bu faydaları asanlıqla dəyərləndirə bilər. Amma indiyə qədər daha çox emosiyaya qapanır, bəzi hallarda qıcıqlanır və bu da Rasiyanın rasional qərar vermə imkanlarını məhdudlaşdırır. Təbrikin indiyə qədər verilməməsi də bu silsilədəndir”. 

Müsahibimizin fikrincə, Rusiya bəzi proseslərdə üzrxahlıq etməkdən çəkinir və təbrik etməyə ehtiyac duymur. 

“Bu, Rusiyanın imicinə xələl gətirmir əksinə, Rusiya Cənub sərhədlərində münaqişəli ocaqların olmasını istəməz. Ona görə də prosesi alqışlamalıdır. Rəsmi mövqe belədir ki, Rusiya qonşu bölgələrdə münaqişəli ocaqların olmasını istəmir. Bu baxımdan, Rusiya tərəfi öz təbrikini bildirməkdən çəkinməməli və diplomatik müstəvidə töhfə verə biləcək addımlarını atmalıdır. Çünki bu yeni prosesdir, başlanğıcdır, tamamilə yeni reallıqdır. Burada hələ sülh yoxdur, amma sülhə doğru gedən yol artıq açılıb. Düşünürəm ki, bundan sonra Cənubi Qafqazda sülhdə maraqlı olan dövlətlər bu prosesə öz töhfələrini mütləq verməlidirlər” - deyə Azər Allahverənov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Avqust 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see170

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see148

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see141

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see133

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see132

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see129

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri