Icma.az
close
up
RU
Rusiya Ermənistandakı seçkilərə əl qatır

Rusiya Ermənistandakı seçkilərə əl qatır

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqı iyunda keçirilməsi planlaşdırılan parlament seçkilərində Rusiyanın müdaxiləsinin qarşısını almaq məqsədilə Ermənistana yardım etməyə hazırlaşır. 

Bu çərçivədə əvvəlcə Kremlin dezinformasiyasına qarşı mübarizə aparacaq “hibrid sürətli reaksiya qrupu”nun yerləşdirilməsi, daha sonra isə Cənubi Qafqazın bu ölkəsində daimi mülki missiyanın yaradılması mümkündür. Bu barədə “Azadlıq” radiosunun Ermənistan bürosu yazıb. 

Adıçəkilən mənbə Ermənistanın xarici işlər nazirinin bununla bağlı Brüsselə ünvanladığı məktubu əldə etdiyini bildirir. Həmin məktubda Ararat Mirzoyan fevralın 13-də İrəvana sürətli reaksiya qrupunun göndərilməsini xahiş edib. 

Aİ ötən il parlament seçkiləri zamanı Moldovada hakimiyyətə sosial şəbəkələrdə Rusiyadan yayılan dezinformasiyanın erkən aşkarlanması və qarşısının alınması istiqamətində dəstək vermək üçün təxminən 20 nəfərlik oxşar qrupu Kişinyova göndərmişdi.

Nəşr qeyd edib ki, həm Brüssel, həm də Kişinyov bu layihəni uğurlu hesab edib və Avropa İttifaqı indi eyni mexanizmi Ermənistana da tətbiq etmək niyyətindədir. Bu, həlledici seçkilər ərəfəsində baş verir və gözləntilərə görə, Rusiya həmin seçkilərə təsir göstərməyə çalışacaq. 

“Brüsseldə aparılmış müzakirələrdən əldə olunan diplomatik yazışmalara əsasən, Aİ 2026-cı ilin iyun seçkiləri ərəfəsində, eləcə də Ermənistan və Azərbaycan arasında davam edən sülh prosesi zamanı Ermənistanın demokratik dayanıqlığının və informasiya bütövlüyünün möhkəmləndirilməsinə dəstək göstərmək niyyətindədir. Sənəddə əlavə olunur ki, Ermənistana təklif olunan dəstək aydın şəkildə Rusiyanın sabitliyi pozan fəaliyyətinin azaldılmasına və yumşaldılmasına yönəlməlidir:

“Yeni missiya təsdiqlənəcəyi təqdirdə daha çox hibrid təhdidlərə fokuslanacaq. Buraya seçki prosesinin bütövlüyünün qorunması, eləcə də mümkün olaraq ondan dərhal sonra keçirilə biləcək konstitusiya referendumu daxil ediləcək".

“Azadlıq” radiosunun danışdığı bir neçə avropalı diplomatının sözlərinə görə, tərəflər missiyanı mayın 4-də İrəvanda keçirilməsi planlaşdırılan Aİ-Ermənistan sammitinədək işə salmağı hədəfləyirlər:

"Bu isə o deməkdir ki, məsələ ilə bağlı qərar mart ayı ərzində qəbul edilməlidir. Lakin proses o qədər də asan deyil”. Qeyd edilən məlumat iyunun 7-də keçiriləcək parlament seçkilərinə Rusiyanın hibrid müdaxilə risqinin yüksək olduğunu göstərir. 

Çox güman ki, bununla bağlı ciddi informaasiyalara malik olan Ermənistan hakimiyyəti təklikdə Rusiyadan gözlənilən təhlükənin qarşını ala bilmədiyi üçün Avropa İttifaqından yardım istəmək qərarına gəlib. Hazırda Rusiya kifayət qədər sakit görünsə də, Mirzoyanın Avropa İttifaqı ilə diplomatik yazışmaları Ermənistanda keçiriləcək seçkilərə Moskvada xüsusi hazırlıq getdiyindən xəbər verir. 

Qeyd edək ki, ötən il Rusiya Prezidenti Adminstrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko həm də Ermənistan üzrə xüsusi nümayəndə təyin edilib. Prezident Vladimir Putinin digər müttəfiq ölkələrdən fərqli olaraq yalnız Ermənistan üzrə xüsusi nümayəndə təyin etməsi Kremlin konkret planlı siyasəti kimi başa düşülə bilər. 

Ermənistanın XİN rəhbərinin Avropa İttifaqından yardım istəməsi haqqında məlumat Kremlin Nikol Paşinyanı  devirmək planlarını gündəmdən çıxartmadığını göstərir. Rusiyanın Ermənistandakı seçkilərə hibrid müdaxiləsi əsasən iki formada həyata keçirilə bilər. 

Birinci vartiant revanşist müxalifətə siyasi və maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur. Rəsmi Moskvanın seçkilərdə qalib görmək istədiyi potensial namizədlər sırasında əsasən iki nəfərin adı çəkilir. 

Bunlardan biri rusiyalı milyarder, “Güclü Ermənistan” Partiyasının hazırda həbsdə olan lideri Samvel Karapetyandır. Eks-prezident Robert Köçəryan da hakimiyyətə gəlmək üçün daxili amillərdən daha çox Rusiyanın dəstəyinə ümid bəsləyir. Lakin bu iki namizədin bir-birinə güzəştə getməməsi müxalifət düşərgəsində parçalanma yaradır. 

Buna baxmayaraq, hər iki namizədi daxildən kilsənin, xaricdən isə Rusiyanın dəstəyinə bel bağlaması kimi ümumi məqsədlər birləşdirir. Nikol Paşinyanın Erməni Apostol Kilsəsini davamlı təzyiqlər altında saxlaması və seçkilərə hibrid müdaxilənin qarşısını almaq üçün Avropa İttifaqından kömək istəməsi də bununla bağlıdır. 

Rusiyanın seçkilərdə yarada biləcəyi ikinci hibrid təhlükə kiberhücumlar vasitəsilə səsvermənin nəticələrinə müdaxilə, sosial şəbəkələr üzərindən müxtəlif dezinformasiyaların və siyasi çağırışların yayılması ola bilər. Ermənistanın texnoloji resursları bu sistemli kiberhücumun qarşısını almaq gücündə deyil. 

Ona görə də Ermənistan Moldovada olduğu kimi, Avropa İttifaqının xüsusi missiyasının seçki prosesini Rusiyadan qorumaq üçün yardım istəyir.Diqqəti çəkən məqamlardan biri isə Ermənistanda keçiriləcək konstitusiya referendumunun nəticələrini Rusiyanın hibrid təhdidlərindən qorumaqla bağlıdır. 

Həmin məlumatdan aydın olur ki, seçkilərdən az sonra Ermənistanda yeni konstitusiyanın qəbulu məqsədilə ümumxalq referendumu keçiriləcək. Rusiya parlament seçkilərində Nikol Paşinyanın qələbəsinə mane olmaya bilər. Çünki müxalifətin siyasi reytinqinin və sosial bazasının zəifləməsi onun qələbə imkanlarının olmadığını göstərir. Lakin Rusiya yeni konstitusiyanın qəbulu prosesinə mane olmağa çalışa bilər. 

Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan preambula hissəsinin konstiusiyanın mətnindən çıxarılması Moskvanın regiondakı maraqlarına cavab vermir. Konstitusiyada Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad hissəsinin ləğvi Qarabağ məsələsinin tamamilə bağlanması deməkdir. 

Bu halda referendumdan dərhal sonra Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi imzalanacaq. Proseslərin belə inkişafı Rusiyanın SSRİ-nin dağılmasından bəri Azərbaycana və Ermənistana əsas təsir vasitəsinin aradan qalxmasına səbəb olacaq. Yəni sülhün və sabitliyin yaranması Rusiyanın bölgədə geosiyasi təsirini xeyli zəiflədəcək. 

Ona görə də Kreml referendumda mümkün qədər yeni konstitusiyanın qəbuluna mane olmaq üçün ümumxalq səsverməsinə hibrid təhdidlər törətməyə çalışa bilər. Regionda təsirini saxlamaq və sülhə mane olmaq üçün Rusiyaya münaqişə lazımdır. 

Bu isə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalması nəticəsində mümkün ola bilər. Paşinyanın liderlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası seçkilərdə qalib gəlsə belə, referendumda istədiyi nəticəni əldə edə bilməməsi revanşist müxalifətin əlini gücləndirən və sülh prosesini pozan amildir. 

Hadisələrin Paşinyan üçün arzuolunmaz istiqamətə yönəlməsi Ermənistanda hakimiyyət böhranına gətirib çıxarmış olar. Ona görə də Ermənistanın xarici işlər naziri Avropa İttifaqından yalnız seçkiləri deyil, həm də referendumu Rusiyanın hücumlarından qorumağı xahiş edir. 

Bütün bunlar Ermənistanda parlament seçkilərinin və konstitusiya referendumunun Rusiya-Qərb qarşıdurması müstəvisində keçəcəyini deməyə əsas verir. 

Müşfiq Abdulla   
“Cebheinfo.az”

Açar sözlər: Ermənistan seçki

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Fevral 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri