Icma.az
close
up
RU
Rusiya hökuməti sərt addımlar atmaq fikrindədir RƏY

Rusiya hökuməti sərt addımlar atmaq fikrindədir RƏY

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Lakin rus dilini bilməyən miqrant uşaqlarının tədris proqramından uzaqlaşdırılması yolverilməzdir



  Rusiya Dövlət Duması rus dilini bilməyən miqrant uşaqlarının məktəblərə qəbulunu qadağan edən qanun layihəsinin müzakirəsinə başlayıb.

  Təklif olunan qanun layihəsinə əsasən, miqrant uşaqlarının ümumi təhsil müəssisələrinə qəbulundan əvvəl onların rus dili biliyi yoxlanılacaq.

Bu məqsədlə xüsusi dil imtahanlarının keçirilməsi planlaşdırılır.

Bundan əlavə, miqrant uşaqların valideynlərinin Rusiya Federasiyasında qanuni əsaslarla yaşayıb-yaşamadığı da araşdırılacaq.

Qeyd olunur ki, bu qanun layihəsi qəbul olunsa, təhsil hüququnun həyata keçirilməsində miqrant ailələri üçün ciddi maneələr yarana bilər. Rusiya hökuməti bu tədbirləri milli təhlükəsizliyi və mədəni inteqrasiyanı təmin etmək məqsədilə əsaslandırsa da, hüquq müdafiəçiləri və beynəlxalq təşkilatlar bu addımın insan hüquqlarına zidd ola biləcəyini bildirirlər.

Miqrant uşaqların rus dilini bilməməsi onların cəmiyyətə inteqrasiyasını çətinləşdirən əsas problemlərdən biri kimi təqdim olunur. Eyni zamanda, valideynlərin qanuni statusunun yoxlanılması, ailələrin daimi yaşama şəraitinə təsir edə və müəyyən sosial narazılıqlara səbəb ola bilər.

Layihə hələ ilkin müzakirə mərhələsində olsa da, bu mövzu artıq cəmiyyətdə geniş rezonans doğurub. Təklifin tərəfdarları hesab edir ki, bu, təhsil sisteminin yükünü azaldacaq və yerli uşaqlar üçün daha əlverişli şərait yaradacaq. Əleyhdarlar isə bu təşəbbüsün ayrı-seçkilik xarakteri daşıdığını, miqrant ailələr üçün əlavə çətinliklər yaradacağını iddia edirlər.

  Milli Məclisin deputatı Azər Allahverənovun “Sherg.az"a açıqlamasına görə, rus dilini bilməyən miqrant uşaqlarının məktəblərə qəbulunu qadağan edilməsi məsələsi daimi olaraq gündəmdə saxlanılır, tez-tez Rusiya KİV-lərində müzakirə  edilir: 


“Hətta konkret nümunələr göstərirlər ki, miqrant uşaqlarının kompakt təhsil aldığı məktəblərdə oxuya uşaqlar rus dilin çox zəif bilir, ya da ümumiyyətlə, danışa bilmirlər. Bu da onların lazımi bilik əldə edə bilməmələrinə, tədris prosesində ciddi axsamalar yaşadıqlarına səbəb olur. Bunu isə dövlət üçün bir yük kimi dəyərləndirirlər. Onu da deyim ki, Rusiya dövlətinin miqrasiya  sahəsində həyata keçirdiyi siyasətin ana xəttini  ölkə ərazisində yaşayan miqrantların cəmiyyətə inteqrasiya olunması təşkil edir. Rus dilini bilməyən miqrant uşaqların yerli cəmiyyətə inteqrasiyası da çətin olduğundan bu problemin həllini  inzibati üsullarda görürlər.   Son yayılan xəbərlərdən də görünür ki, bu məsələ ilə bağlı hökumət sərt addımlar atmaq fikrindədir. Lakin  rus dilini bilməyən miqrant uşaqlarının tədris proqramından uzaqlaşdırılması yolverilməzdir”. 

  Deputat deyib ki, bir çox ölkələrdə  tədris prosesinə cəlb olunan şəxslərlə bağlı həyata keçirilən çox yaxşı bir praktika var: “Əgər hər hansısa bir şəxs xarici  ölkədə təhsil alacaq və yerli dili bilmirsə, o, ilk əvvəl bir il hazırlıq kursuna cəlb edilir. Bu praktika daha çox ali təhsil müəssisələrində tətbiq  edilsə də, rus dilini bilməyən miqrant uşaqlarla bağlı bu təcrübəni tətbiq etmək olar. Ayrı-ayrı federasiya və vilayətlərdə kompakt yaşayan miqrant uşaqları tədrisdən əvvəl bir müddət dil dərslərinə cəlb edilməlidir”.  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Noyabr 2024 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri