Icma.az
close
up
RU
Sülh sazişinə doğru son addımlar atılır? RƏY

Sülh sazişinə doğru son addımlar atılır? RƏY

Icma.az bildirir, Operativ MM portalına istinadən.

Avqustun 8-də Vaşinqtonda keçiriləcək görüş Cənubi Qafqazda sülh prosesinin gələcəyi baxımından mühüm mərhələ sayıla bilər. Prezident İlham Əliyev, Baş nazir Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə baş tutacaq bu görüşdə sülh sazişi, onun paraflanması və regional əməkdaşlıq məsələləri gündəmdədir. Politoloqlar bu görüşün tarixi əhəmiyyətə malik olduğunu düşünür.

Görüş ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən politoloq Xəyal Bəşirov bildirdi ki, bu görüş önəmli görüşdür. Nəzərə alaq ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında münasibətlər Donald Trampın əvvəlki prezidentlik dönəmində də müsbət istiqamətdə inkişaf edib.

“İndiki mərhələdə də biz yalnız və yalnız Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi müsbət məqamları müşahidə edirik. Və nəzərə alaq ki, Donald Trampın birinci hakimiyyəti dönəmində Azərbaycan işğala son qoydu. O zamanlar biz Amerika Birləşmiş Ştatlarının hazırkı prezidentindən bu prosesə qarşı olan hər hansı bir mövqe görmədik. İndiki mərhələdə də, Donald Tramp artıq bir neçə dəfə Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə dəstək olduqlarını dilə gətirib, bunu təqdir etdiklərini bildirib.

Ən son Azərbaycanla Ermənistan arasında Əbu-Dabidə təxminən bir ay bundan öncə keçirilən o görüş və o görüşdən sonra sülhlə bağlı bir sıra müsbət məqamların səsləndirilməsi ondan xəbər verir ki, artıq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından bizi o qədər də böyük bir zaman və yaxud da ki böyük problemlər ayırmır. Bu ilin mart ayında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov mətbuata məlumat verdi ki, sülh sazişinin mətni razılaşdırılıb. Bundan sonra qeyd etdiyim kimi ən son keçirilən o görüşdə müsbət məqamlarla yadda qaldı. Donald Trampın bu məsələdə təşəbbüs ortaya qoyması həm də Cənubi Qafqaz siyasəti ilə bağlı mövqeyini sərgiləməsi deməkdir”.

Politoloq hesab edir ki, Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni reallıqlar, postmünaqişə dövrü, sülh sazişi istiqamətində uğurlu addımların atılması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, Zəngəzur dəhlizinin açılması kimi məqamlar var ki, biz Zəngəzur dəhlizi ilə bağlı da Amerika Birləşmiş Ştatlarının nəinki bu prosesə dəstək olduğunu, əksinə Zəngəzur dəhlizinin Ermənistana aid olan hissəsini Amerika Birləşmiş Ştatları tərəfindən nəzarət edilməsi təşəbbüsünə də şahidi olduq.

“Bu onu göstərir ki, artıq Amerika Birləşmiş Ştatları burdakı reallıqları qəbul edir. Sadəcə bu reallıqlara münasibətdə onların özlərinin fərqli tövsiyələri və yaxud təşəbbüsləri də ola bilər. Bu da normaldır. Mən düşünürəm ki, bu görüşdən tam sülh sazişinin imzalanması ehtimalı o qədər də çox olmasa da, sülh sazişinin mətninin paraflanması və yaxud digər formada Azərbaycanla Ermənistanın artıq niyyətinin açıq şəkildə rəsmi olaraq bəyan edilməsi istiqamətində də addımların şahidi ola bilərik. Hər bir halda bu tarixi görüş olacaq və Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində ən önəmli və yadda qalacaq hadisələrdən biri olacağını düşünürəm”, - deyə sonda ekspert yekunlaşdırdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 06 Avqust 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri