Icma.az
close
up
RU
Rusiya ilə ABŞ yaxınlaşır? Zelenskinin hakimiyyəti sual altında

Rusiya ilə ABŞ yaxınlaşır? Zelenskinin hakimiyyəti sual altında

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Son bir həftə ərzində Rusiya və ABŞ arasında münasibətlərin yaxınlaşması istiqamətində mühüm addımlar atılıb. Fevralın 12-də Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Bu danışıq zamanı liderlər şəxsi görüşlərin təşkili barədə razılığa gəlib və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. Putin Trampı Moskvaya səfərə dəvət edib və ABŞ rəsmilərini Rusiyada qəbul etməyə hazır olduğunu bildirib. 

Fevralın 18-də isə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda hər iki ölkənin yüksək səviyyəli nümayəndə heyətləri arasında rəsmi danışıqlar keçirilib. Rusiya tərəfini Xarici İşlər Naziri Sergey Lavrov və Prezidentin köməkçisi Yuri Uşakov, ABŞ tərəfini isə Dövlət Katibi Marko Rubio və Milli Təhlükəsizlik Müşaviri Mayk Uolz təmsil edib. Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və qarşılıqlı maraqların nəzərə alınması barədə razılığa gəliblər. Xüsusilə, Ukrayna məsələsi ilə bağlı yüksək səviyyəli komandaların təyin edilməsi və bu istiqamətdə məsləhətləşmə mexanizminin yaradılması qərara alınıb. Bu addım, Ukraynadakı münaqişənin həlli üçün hər iki ölkənin birgə səylərini gücləndirməyi hədəfləyir.

Danışıqlardan sonra Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, hər iki tərəf bir-birinin maraqlarını nəzərə alaraq ikitərəfli münasibətləri inkişaf etdirmək barədə razılığa gəlib. 

Bununla yanaşı, ABŞ Dövlət Departamenti vurğulayıb ki, Ukraynadakı müharibəni bitirmək üçün bir görüş kifayət etməsə də, Ər-Riyadda keçirilən danışıqlar irəliyə doğru mühüm addım hesab olunur. 

Görüşdə həmçinin iqtisadiyyat, investisiya və ümumi geosiyasi məsələlər sahələrində gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Bu, iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi və qlobal məsələlərdə birgə fəaliyyətin koordinasiyası baxımından əhəmiyyətlidir.

Növbəti mərhələdə, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında şəxsi görüşün təşkili planlaşdırılır. Bu görüşün konkret tarixi hələ müəyyən edilməsə də, hər iki tərəf yüksək səviyyəli dialoqun davam etdirilməsində maraqlıdır. 

İki ölkə arasında baş verən hadisələr onların münasibətləri tam normallaşdırması anlamına gəlməsə də, bu istiqamətdə ciddi addım hesab edilə bilər.

İki ölkə arasında yaxınlaşmanın Ukraynaya, Zelenskinin gələcəyinə təsir barədə müzakirələr aparılır.

Məsələ ilə bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ ilə Rusiya arasında bir yaxınlaşma görmədiyini bildirib.

"Sadəcə olaraq hansısa problemi həll etmək üçün ABŞ rəhbərliyi danışıqlar vasitəsilə müharibəyə son qoysunlar. Artıq buna aid qərar var. Səudiyyə Ərəbistanında məsələlər müzakirə olunub. Sənəd hazır olan kimi həm Ukrayna və digər bununla işləyən tərəflər sənədlə tanış ola bilərlər. Ukraynanın da  danışıqlar prosesinə qoşulması barədə məlumatlar var. Avropa ilə uzaqlaşma məsələsinə gəldikdə, əslinə qalsa, bunu belə adlandırmaq düzgün olmaz. Sadəcə olaraq, münasibətlərin yeni formatı barədə müzakirələr gedir. İqtisadi baxımdan Avropa İttifaqı Amerika Birləşmiş Ştatları üçün Çin və digərləri kimi  rəqibdirlər. Burada digər bir sual ortaya çıxır ki, yaxşı bəs Avropa İttifaqı nəyə görə siyasi maraqlarını özü müdafiə etmir. Trampın birinci liderliyi dövründə bu məsələ qaldırılırdı. Avropa İttifaqı ölkələri siyasi hədəflərinə nail olmaq istəyirlərsə, müdafiyəyə daha çox vəsait sərf etməlidirlər. Əvvəl məbləğ 3 faiz qəbul olunmuşdu. Bir çox dövlətlər buna riayət etmirdilər. İndi də ABŞ-nin tələbi odur ki, Avropa İttifaqının hər hansı məsələyə fərdi yanaşması varsa, gərək ona pul sərf etsin. Yoxsa Avropa İttifaqı iqtisadiyyatı inkişaf etdirir, yaxşı yaşayır, eyni zamanda ABŞ-la rəqabət aparırır.  Bu ABŞ-nin indii administrasiyasının düşüncəsidir. Bu da kəskin diskussiyanın mövcudluğunu göstərir. Amma inanmıram ki, burada kəskin  şəkildə fikir ayrılığı olacaq.

Əsas məsələ onunla bağlıdır ki, ABŞ bundan  qabaq olan siyasəti nəticəsində iqtisadi liderliyi əldən buraxmır. Bir çox hallarda görürük ki, hətta Avropa İttifaqı da rəqabət aparır.  Misal kimi “Boeing” və “Airbus” arasındakı, eləcə də avtomobil istehsalında rəqabəti göstərmək olar. Görürük ki, Tramp daha çox iqtisadi məsələlərə önəm verir. Belə fikirləşir ki, iqtisadi dominantlıq yenə də ABŞ-dadırsa, deməli, hamı ondan asılı olacaq. Faktiki olaraq belə görsənir. Geopolitik, ya da ideoloji konseptual  məsələlər dominant olmamalıdır. Görürük ki, hətta  vitse-prezident səviyyəsində siyasətçi gəlib Münhen konfransında Avropa dövlət başçıları tənqid edib. Bu da onu göstərir ki, Avropa İttifaqına yerini göstərir. İndi burada kim narazı olacaq. Burada ilk növbədə Almaniya və Fransa narazı olacaq. Amma burada ABŞ-nin şansları böyükdür. Onlar başa düşürlər ki, qarşılarında çoxsaylı dövlətlər var. Bunların arasında özlərinə tabe olan dövlətləri seçib əməkdaşlığı daha da davam etirəcəklər. O bəlli bir şeydir”.  

Sabiq nazir vurğulayıb ki, Zelenskinin hakimiyyətdə qalması çətindir və Rusiyada da daxili siyasi böhran olacaq:

“Zelenskinin prezident kimi səlahiyyətlərinin müddəti ötən ilin səhv etmirəmsə, mayında bitib.  Səbəb ondan bağlıydı ki,  hərbi əməliyyatlar davam edir. İndi sülh sazişindən danışırlar. Mənsə, bunu daha çox atəşkəs sazişi adlandırardım. Çünki geniş sülh sazişi indiki mərhələdə mümkün deyil. Bir sıra məsələlər öz həllini tapa bilərlər.  Atəşkəs sazişinin tətbiq olunması mexanizmləri, müşahidəçilər, təhlükəsizlik mövzularına aid hansısa qərarlar, yəni kim təmin edəcək, hansısa ərazi üzərindən təmas xəttinin konfiqurasiyasının dəyişməsi məsələləri öz həllini tapa bilər. Ən çox sonuncu məsələ üzərində danışıqlar gedir. Amma artıq bəyan olunub ki, nə  1991-ci ilin, nə 2014-cü ilin, nə də 2020-ci ilin təmas xətti bərpa olunsun. Əsas problem budur. Bu da bir çox siyasətçilər üçün  ciddi təzadlar yarada bilər-ilk növbədə Zelenski üçün. Təxminən İstanbulda qəbul olunmamış razılığa bənzər səbəb ola bilər.

Biz başa düşməliyik ki, Rusiya da öz istəklərinə nail olmayacaq. Hamıya bəllidir. Kim nə deyirsə desin. Bəlkə də, ABŞ-də fikirləşirlər ki,  Rusiyada  daxili siyasi böhran baş verəcək.  5 ildən sonra nə olacağına gəldikdə, isə bu siyasi proseslərin gedişindən asılı olacaq. Çətin ki, Zelenski hakimiyyətdə qalsın. Rusiyada da mən dediyim kimi böhran gözlənilir. Baxarıq, axırı nə olacaq...”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Fevral 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niyə uşaqlar ataya daha çox BƏNZƏYİR

31 Avqust 2025 02:36see216

Daha bir türkiyəli müğənni Bakıya gəlir

31 Avqust 2025 00:02see195

Kaxaber Tsxadadze: Qol vurduğumuz matçda üstünlüyü qoruyub saxlaya bilmirik

31 Avqust 2025 00:09see163

Formula 1 : Niderland Qran prisində gözlənilməz qonaq

31 Avqust 2025 03:02see150

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see138

Gəncədə qəza olub, xəsarət alanlar var

30 Avqust 2025 22:30see133

Trampın bu dediyi Modini əsəbiləşdirib

30 Avqust 2025 19:45see133

Vüsal İsgəndərli üçün 70 dəqiqə

31 Avqust 2025 01:25see133

Dadaşovun komandası uğursuz seriyaya son qoyub

31 Avqust 2025 01:07see131

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see129

Onlayn tanışlıq ətrafında dolaşan bir sıra miflər

31 Avqust 2025 06:32see126

Bu ölkələr Ukraynaya əlavə HHM sistemləri verəcəklər

31 Avqust 2025 00:44see124

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see123

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see123

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see121

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see118

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

31 Avqust 2025 11:42see118

İnflyasiyaya təsir edən amillər: İdxal edilən məhsulların qiymətləri, yoxsa tələbatın artması?

30 Avqust 2025 23:38see117

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see117

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri