Icma.az
close
up
RU
Rusiya Ukrayna müharibəsində YENİ GƏLİŞMƏ: “Müharibə uzanacaq, Zelenskinin hakimiyyəti isə…” KONKRET

Rusiya Ukrayna müharibəsində YENİ GƏLİŞMƏ: “Müharibə uzanacaq, Zelenskinin hakimiyyəti isə…” KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

İki gündür ABŞ Ukraynaya hərbi və maliyyə dəstəyini rəsmən dayandırıb. Hərbi münaqişə başa çatmadan Ukraynanın yarı yolda buraxılması dünyada şok effekti yaratsa da, Tramp bununla Zelenskini cəzalandırmağı düşünür. Üç il ərzində Ukraynaya milyardlarla dollar vəsait xərcləyən Amerika Ukrayna cəbhəsində Rusiya ilə açıq müharibə aparırdı. Üstəlik, Vaşinqtonun tətbiq etdiyi sanksiyalarla iqtisadi cəhətdən zəifləyən Rusiya ABŞ silahlarının hücumuna məruz qalırdı. Zelenski də bunu etiraf edirdi ki, müharibəni ABŞ silahları olmadan davam etdirmək mümkün deyildi.

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Samir Hümbətov bildirib ki, ABŞ-ın Kiyevdən əlini üzəcəy təqdirdə Aİ-nin Ukraynaya eyni səviyyədə yardım edə biləcəyini düşünmək çətindir:

“Zelenskinin açıqlamasına görə müharibənin 20% ağırlığı ABŞ-ın üzərində idi. Müasir silah-sursatın alınmasını Amerika həyata keçirirdi. İndi ABŞ dəstəyi dayandırdı. Amma Aİ çalışacaq ki, müharibənin uzun müddət davam etməsi üçün köməyini artırsın. Amma bu dəstəyin tam olaraq onların istədiyi qədər effektiv olacağına inanmıram. Çünki müharibəni davam etdirmək üçün istər texnika, istərsə də maliyyə baxımından kifayət qədər resurs lazımdır. İkinci tərəfdən, əgər Tramp Rusiyaya qarşı sanksiyaları aradan qaldırsa, Moskvanın əl-qolu daha da açılacaq. Bu da müharibənin uzun müddət davam etdirilməsinə imkan verə bilər”.

Politoloq proseslərin gedişində Zelenskinin mümkün istefa məsələsinə də aydınlıq gətirib. Onun fikirincə bu, daha çox danışıqlardan asılıdır:

“Əgər ortada tələb olmasa və Trampla Zelenski dil tapa bilsə, məncə əməkdaşlıq davam etdiriləcək. Bundan sonra Zelenski istefa vermədən yeni seçkiyə gedib hakimiyyətdə qala bilər. Yox, əgər axıra qədər Trampla münasibətləri gərgin qalacaqsa, bu, Zelenskinin hakimiyyətdə varlığına imkan verməyəcək. Trampın açıqlamalarından belə aydın olur ki, o, Ukraynanı qurban verməyə hazırlaşır. İndi sanksiyaların aradan qaldırılması və Rusiyanın tutduğu ərazilərdə möhkəmlənməsi məsələsi gündəmdədir”.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Mart 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri