Rusiya ilə Belarus bu sahədə əməkdaşlıq edəcək
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya hökuməti Çernobıl nüvə fəlakətinin nəticələrinin birlikdə aradan qaldırılması üçün Belarus ilə birgə əməkdaşlıq proqramının layihəsini təsdiqləyib.
"Cebheinfo.az" xəbər verir ki, rəsmi hüquqi aktlar portalında dərc olunan fərmana əsasən, proqramın icrası üçün 2 milyard rubla qədər vəsaitin ayrılması nəzərdə tutulur. Bu, iki ölkə arasında sözügedən sahədə həyata keçirilən altıncı birgə proqram olacaq.
Belarus parlamentinin təbii sərvətlər, ekologiya və ətraf mühitin mühafizəsi komissiyasının rəhbəri Janna Çernyavskayanın 29 aprel tarixində açıqladığı plan aşağıdakı istiqamətləri əhatə edir:
*Hər iki ölkə ərazisindəki çirklənmiş torpaqların reabilitasiyası;
*Nüvə təbabətindən istifadə etməklə əhaliyə səhiyyə xidmətlərinin göstərilməsi;
*Qida məhsullarında radiasiya nəzarəti.
Fərman layihəsi Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim edilib.
Proqramın aidiyyəti nazirliklər və Belarus tərəfi ilə artıq razılaşdırıldığı bildirilib. Rusiya hökuməti Fövqəladə Hallar Nazirliyinə proqramı təsdiqlənmək üçün Birlik Dövlətinin Nazirlər Şurasına təqdim etməyi tapşırıb.
Çernobıl fəlakəti 1986-cı ildə o dövrki Sovet İttifaqının tərkibində olan Ukraynanın şimalındakı Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş və geniş bir ərazini radioaktiv şəkildə çirkləndirmişdi.
Belarus torpaqlarının mühüm bir hissəsi bu fəlakətdən ciddi şəkildə zərər çəkmiş vəziyyətdədir.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 06 May 2026 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















