Icma.az
close
up
RU
Rusiya danışıqlar masasında güzəştə getməyəcək POLİTOLOQ

Rusiya danışıqlar masasında güzəştə getməyəcək POLİTOLOQ

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

 Rəşad Bayramov: İndiki mərhələdə müharibənin dayandırılması ehtimalı aşağıdır

Ukrayna-Rusiya müharibəsi artıq dörd ildir ki, gərgin pauzada davam edir. Tərəflər arasında Əbu-Dabi və Cenevrədə keçirilən görüşlər, xüsusilə ərazi məsələlərində ortaq məxrəc tapılmaması səbəbindən dalana dirənib. Rusiya ordusu Ukrayna üçün iqtisadi və hərbi cəhətdən strateji əhəmiyyət daşıyan Donetsk vilayətinin, təxminən 83–85 %-ni nəzarətində saxlayır. Rəsmi Moskva vilayətin şərq hissəsinin təxminən 20 %-ni Ukraynaya təklif etməyə hazır olduğunu açıqlasa da, Kiyev bunu qəti şəkildə rədd edir. Çünki Ukrayna, Donetsk, Luhansk və Zaporojye vilayətlərini ərazi bütövlüyünün ayrılmaz hissəsi sayır. Tərəflər arasında növbəti danışıqların, yenidən martın 5-də Əbu-Dabidə keçirilməsi planlaşdırılsa da, İranın Yaxın Şərq ölkələrini bombalaması görüşü ərtələməyə vadar etdi. Danışıqların, Türkiyədə keçiriləcəyinə dair fikirlər də var. Yaxın Şərqdəki gərginlik Ukrayna-Rusiya müharibəsinə də təsirsiz ötüşməyib. Əlini ərəb ölkələrindən çəkən Avropa dövlətləri, enerji təminatını təmin etmək məqsədilə Moskvanın qapısını döyməyə başlayıb.

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Sherg.az-a bildirib ki, İranın Körfəz ölkələrinə endirdiyi davamlı zərbələr fonunda ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında növbəti görüşün Əbu-Dabidə keçirilməsi mümkünsüzdür:

“Bu baxımdan da görüşün Türkiyədə keçiriləcəyinə dair iddialar ortaya çıxıb. Hazırki vəziyyətdə belə görüşlərdə təqdim edilə biləcək təkliflər əsasən bir neçə sahəni əhatə edə bilər. İlk növbədə, mümkün atəşkəs və münaqişənin dondurulması mexanizmləri əsas müzakirə mövzularından biri ola bilər. Bununla yanaşı, gərginliyin nəzarət altında saxlanılması üçün konkret addımların müəyyənləşdirilməsi, beynəlxalq monitorinq mexanizmlərinin tətbiqi və müşahidə missiyalarının bölgəyə cəlb edilməsi də gündəmdə yer ala bilər. Dron və raket hücumlarının izlənməsi, münaqişə zonalarında mülki obyektlərin təhlükəsizliyinin təmin edilməsi kimi humanitar məsələlərin də müzakirə ediləcəyi istisna deyil”. 

Politoloqun sözlərinə görə, Yaxın Şərqdə baş verən proseslər Ukraynaya göstərilən hərbi-siyasi dəstəyin intensivliyinə mənfi təsir edir:

“Digər tərəfdən, enerji və ticarət dəhlizlərinin təhlükəsizliyinin qorunması, xüsusilə Qara dəniz kimi strateji marşrutlarda sabitliyin təmin olunması da danışıqlar paketinin mühüm elementlərindən biri ola bilər. Bu cür kompleks yanaşma hərbi, siyasi və humanitar aspektləri əhatə etməklə, Rusiya-Ukrayna müharibəsində risklərin idarə olunmasına və nisbi sabitliyin formalaşmasına xidmət edəcək. Təbii ki, bu tədbirlərin həyata keçməsi birbaşa Rusiyanın prosesdə maraqlı olmasından asılıdır. İran-ABŞ-İsrail müharibəsi fonunda ABŞ resurslarının bir hissəsi Yaxın Şərqə yönəldildiyi üçün Ukraynaya ənənəvi hərbi dəstəyin, silah və texnika təminatının tam sürətlə həyata keçirilməsində problemlər yarana bilər”. 

R.Bayramov bildirib ki, Avropanın gözündə enerji və ticarət baxımından əhəmiyyətli aktora çevrilən Rusiya, danışıqlar masasında güzəştə getməyəcək:

“İranla bağlı gərginlik fonunda Avropanın enerji asılılığının artması Rusiyanın neft və qazına tələbatı yüksəldərək, Moskvaya iqtisadi-strateji üstünlük qazandırır. Çünki bu proses, qarşı tərəfin resurs imkanlarını məhdudlaşdıraraq, döyüş qabiliyyətində balansın pozulmasına səbəb olacaq. Rusiyanın hazırkı strategiyası, daha çox gözləmə taktikası və strateji mövqelərini qorumaq üzərində qurulub. Belə bir yanaşma tərəflər arasında razılaşma imkanlarını məhdudlaşdıraraq, Ukrayna cəbhəsində uzunmüddətli risklərin artmasına səbəb olacaq. Bir sözlə, görüşün harada keçirilməsindən və nələrin müzakirə olunmasından asılı olmayaraq indiki mərhələdə müharibənin dayandırılmasına dair hər hansı razılşamanın ola biləcəyi ehtimalı aşağıdır ”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Mart 2026 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri