Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi rekord həddə çata bilər
Bakivaxti-ə istinadən Icma.az xəbər verir Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi rekord həddə çata bilər.
Rusiya ilin sonuna kimi Ermənistanla ticarət dövriyyəsinin rekord həcmə - 14-16 milyard dollara çatacağını gözləyir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
“Konkret rəqəmlər haqqında danışsaq, artıq 2024-cü ilin birinci yarısında Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 8,3 milyard dollar həddini keçərək, bütün ötən ilin göstəricilərini – 7,4 milyard dolları ötüb, 14-16 milyard dollardır”, - deyə o qeyd edib.
Səfir vurğulayıb ki, hazırda Ermənistanda birgə iqtisadi layihələrin həyata keçirilməsinə başlanılması istiqamətində iş aparılır. Onların Ermənistan sənayesinin inkişafına töhfə verəcəyi nəzərdə tutulur.
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)