Bu il Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi rekord həddə çata bilər
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya ilin sonuna kimi Ermənistanla ticarət dövriyyəsinin rekord həcmə - 14-16 milyard dollara çatacağını gözləyir.
APA xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
“Konkret rəqəmlər haqqında danışsaq, artıq 2024-cü ilin birinci yarısında Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 8,3 milyard dollar həddini keçərək, bütün ötən ilin göstəricilərini – 7,4 milyard dolları ötüb, 14-16 milyard dollardır”, - deyə o qeyd edib.
Səfir vurğulayıb ki, hazırda Ermənistanda birgə iqtisadi layihələrin həyata keçirilməsinə başlanılması istiqamətində iş aparılır. Onların Ermənistan sənayesinin inkişafına töhfə verəcəyi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 25 Noyabr 2024 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















