Rusiya ilə NATO arasında yeni gərginlik: Bu ölkəyə hücum edilə bilər
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vladimir Putin Rusiyanı imperiya statusuna qaytarmaq üçün bu yollara əl atmağı planlaşdırır
Milli.Az xəbər verir ki, bu barədə "The Economist" nəşri məlumat yayıb.
Məqalədə qeyd edilir ki, Rusiya Prezidenti Vladimir Putinin çıxışları yalnız Ukraynanın deyil, həm də Finlandiyanın, Latviya, Litva və Estoniya kimi Baltikyanı ölkələrinin suverenliyini sual altına alır.
Nəşr, kəşfiyyat mənbələrinə istinadən bildirir ki, Rusiya hələ NATO ilə genişmiqyaslı müharibəyə hazır deyil, lakin 6 ay ərzində Baltikyanı ölkələrdən birinə, daha sonra isə 2 il ərzində bir neçə ölkəyə qarşı məhdud müharibə aparmağa hazırlaşa bilər.
ABŞ kəşfiyyatına görə, Ukraynada ciddi itkilər verən Rusiyanın ordusunu yenidən qurmaq üçün 10 ilə ehtiyacı var. Norveçin kəşfiyyatına görə bu müddət 5-10 il, Ukraynanın təhlillərinə əsasən isə 5-7 ildir. Almaniya kəşfiyyatının proqnozları isə 5-8 il arasında dəyişir.
Kənan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 09 May 2025 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















